Dilinizi seçin

AMBASSADOR
Ümid edirəm ki, missiyam başa çatdıqdan sonra da Azərbaycana dəfələrlə qayıdacağam
Finlandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen

Caspian Energy (CE): Xanım səfir, Finlandiya-Azərbaycan münasibətlərinə dair suallara keçməzdən əvvəl diplomatiya sahəsinə gələnədək keçdiyiniz yol barədə danışmağınızı istərdik. Sizi bu yolu seçməyə nə ilhamlandırdı və Azərbaycandakı hazırkı diplomatik missiyanıza hansı təcrübələr hazırladı?

Finlandiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kirsti Narinen: Mənim "diplomatik", daha doğrusu, beynəlxalq fəaliyyət yolum 16 yaşımda Kanadada yerləşən "Lester B. Pearson United World College! kollecində 11-ci sinifdə, Beynəlxalq Bakalavriat proqramı üzrə təhsil almağa başladığım zaman açılıb. Bu, 60 ölkədən 200 tələbənin təhsil aldığı beynəlxalq məktəb idi. Hazırda azərbaycanlı tələbələr də bu beynəlxalq kolleclərdə təhsil alırlar.

Həmin təcrübə gənc dünyagörüşümə müxtəlif mədəniyyətləri tanımaq imkanı verdi, eyni zamanda ingilis dilinə mükəmməl yiyələnməyimə kömək etdi. Daha sonra universitetin hüquq fakültəsində oxuduğum müddətdə Xarici İşlər Nazirliyində təcrübə keçmək üçün müraciət etdim. 1984-cü ilin iyununda bu vəzifəyə qəbul olundum və o vaxtdan nazirlikdəki fəaliyyətimi heç vaxt dayandırmadım. Beləliklə, bu il iyunun 1-də diplomatik karyeramın 42 ili tamam oldu.

Bu illər həyatımın ən maraqlı və ruhlandırıcı dövrü olub, hərçənd bəzi vaxtlarda ailəm üçün də asan keçməyib.

Karyeram çoxşaxəli olub. Fəaliyyətimin böyük hissəsi Rusiyada və Baltikyanı ölkələrdə keçib. Bu təcrübə, eləcə də Finlandiyadakı şəxsi həyat təcrübəm, imperiya ambisiyaları olan, gözlənilməz davranan qonşunun kölgəsində suverenliyi qorumağın və milli maraqları müdafiə etməyin nə qədər vacib olduğunu anlamağıma kömək edib.

Xoşbəxtlikdən, Finlandiyanın Şimali Avropa kimliyimizə əsaslanan çoxsaylı yaxşı qonşuluq münasibətləri də var.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe