Dilinizi seçin

AMBASSADOR
Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır.
Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya

Caspian Energy (CE): Cənab səfir, Latviya-Azərbaycan münasibətlərinə dair suallara keçməzdən əvvəl diplomatiya sahəsində keçdiyiniz yol barədə danışmağınızı xahiş edirik. Sizi bu sahəni seçməyə nə ilhamlandırdı və Azərbaycandakı hazırkı diplomatik missiyanıza hansı təcrübələr hazırladı?

Latviya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya: İlk növbədə, Latviya və Azərbaycan haqqında məlumatları bölüşmək imkanı yaratdığınız üçün sizə təşəkkür etmək istərdim.

Təyinatımla bağlı qeyd etməliyəm ki, karyeramın müəyyən mərhələsində Latviya Respublikasının Xarici İşlər Nazirliyində çalışarkən Latviya-Azərbaycan ikitərəfli münasibətlərinə kuratorluq edirdim. Həmin dövrdə Azərbaycana səfər etmək və nümayəndə heyətlərinin tərkibində bir sıra yüksək səviyyəli görüşlərdə iştirak etmək imkanım oldu.

Azərbaycana səfərlərim məndə çox xoş təəssüratlar yaratdı. Buna görə də ölkənizdə səfir vəzifəsinə namizədliyimin irəli sürülməsinə münasibətim soruşulduqda, buna səmimi qəlbdən sevindim və tərəddüd etmədən razılığımı bildirdim.

Ümumilikdə, Xarici İşlər Nazirliyindəki karyerama 1993-cü ildə başlamışam və bu, səfir vəzifəsinə altıncı təyinatımdır. 2023-cü ilin sentyabrında NATO yanında diplomatik missiyamı başa vurduqdan dərhal sonra Brüsseldən Bakıya gəlmişəm.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe