Tuesday, 13 May 2025 10:21

AZAL IATA-nın “CO2 Connect” proqramına qoşuldu

Bakıda keçirilən Aviasiya Enerji Forumu çərçivəsində Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (“AZCON Holding”) tərkibində fəaliyyət göstərən “Azərbaycan Hava Yolları” (AZAL) ilə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) arasında “CO2 Connect” proqramına dair müqavilə imzalanıb.

Sənəd AZAL-ın Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə və IATA-nın Türkiyə, Mərkəzi Asiya və Azərbaycan regionu üzrə nümayəndəsi Funda Çalışır tərəfindən imzalanıb.

IATA-nın “CO2 Connect” kalkulyatoru emissiyaların ölçülməsindəki uyğunsuzluqları aradan qaldıraraq sərnişin başına dəqiq CO2 məlumatlarını təqdim edir. Bu məlumatlar təyyarə növünə xas yanacaq sərfiyyatı kimi real əməliyyat məlumatlarına əsaslanır və birbaşa iştirakçı aviaşirkətlər tərəfindən təqdim olunur, sənayedə razılaşdırılmış metodologiyaya uyğun hesablanır. Platforma daha yüksək məlumat dəqiqliyinə nail olaraq sektorda hesabatlılığı gücləndirir. AZAL hazırda “CO2 Connect”ə məlumat təqdim edən 60-dan çox aviaşirkətə qoşulub.

Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

Read 28 times

 

NEWS