Tuesday, 06 May 2025 19:53

İqtisadiyyat Nazirliyində "Japan Tobacco International" şirkətinin baş icraçı direktoru ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrənin "Japan Tobacco International" şirkətinin baş icraçı direktoru Eddi Pirard ilə görüşüb.

Qonağa ölkəmizin əlverişli iqtisadi imkanları, biznes mühiti, həmçinin sənaye sahələrinin inkişaf perspektivləri və istehsalın lokallaşdırılması tədbirləri barədə məlumat verilib.

Tərəflər şirkətin ölkəmizdəki fəaliyyəti, tütün məmulatlarının istehsalı ilə bağlı qanunvericilik və aksiz vergisinin tətbiqi, Azərbaycanda sosial investisiya layihələrinə yatırım imkanlarını müzakirə ediblər. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

 

Read 26 times Last modified on Wednesday, 07 May 2025 10:59

 

NEWS