Monday, 05 May 2025 17:45

AZPROMO ilə ABŞ şirkəti arasında iqtisadi inkişaf istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Londonda Azərbaycan nümayəndə heyətinin “Oliver Wyman” idarəetmə üzrə konsaltinq şirkəti ilə görüşü keçirilib.

Görüşdə tərəflər “Oliver Wyman”ın iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunması üzrə təklif etdiyi təşəbbüslər ətrafında fikir mübadiləsi aparıb, kənd təsərrüfatı məhsullarının ixracı, əlavə dəyərli istehsalın təşkil olunması və yeni ticarət imkanlarının araşdırılması istiqamətləri diqqətə çatdırılıb. Bununla yanaşı, ölkəmizə birbaşa sərmayələrin cəlb edilməsi perspektivlərinin artırılması baxımından Azərbaycanın investisiya imkanları haqqında məlumat verilib.

Görüşdə həmçinin “Oliver Wyman”la müzakirə olunan təşəbbüslərin reallaşdırılması məqsədilə hazırlanan layihələr haqqında məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.

 

Read 8 times Last modified on Tuesday, 06 May 2025 11:52

 

NEWS