2025-ci ilin 26–27 may tarixlərində azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti "Caspian Energy Club"ın rəhbərliyi ilə Mangistau vilayətinə işgüzar səfər etmişdir. Səfərin əsas məqsədi Azərbaycan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirməsi və regional biznes əlaqələrinin inkişaf etdirilməsi olmuşdur.
Səfərin ilk günü "Aktau Dəniz Limanı" Azad İqtisadi Zonasının ərazisinə tanışlıq ziyarəti ilə başlamışdır. Görüş çərçivəsində Azad İqtisadi Zonanın rəhbərliyi tərəfindən zonanın investisiya potensialı və prioritet inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilmişdir. Qonaqlar limanın logistika imkanları və ərazidəki xidmətlərlə yaxından tanış olmuşlar.
Daha sonra Aktau Topdansatış Dağıtım mərkəzi ziyarət edilmiş, burada ticarət dövriyyəsinin təşkili, mərkəzin regionun ərzaq təhlükəsizliyindəki rolu, eləcə də Azərbaycan təchizatçıları ilə mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.
Həmin gün nümayəndə heyətinin üzvləri Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlının dəvəti ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmişlər. Tədbir çərçivəsində nümayəndə heyəti Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlı sahibkarlar və diaspora nümayəndələri ilə tanış olmuş, onların fəaliyyət istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.
Səfərin ikinci günü nümayəndə heyəti Kurık limanına baş çəkmişdir. Görüş zamanı limanın rəhbəri limanın inkişaf planları və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat vermişdir.
Ardınca səfər iştirakçıları "Kaspiy" Sosial Sahibkarlıq Korporasiyasında təşkil olunmuş B2B formatlı işgüzar görüşdə iştirak etmişlər. Tədbir zamanı hər iki ölkənin iş adamları arasında məhsuldar fikir mübadiləsi aparılmış, əməkdaşlıq üçün maraq doğuran istiqamətlər və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunnuşdur. Ondan artıq Qazaxıstan şirkəti Azərbaycan bazarına daxil olmaq və qarşılıqlı layihələrdə iştirak etmək niyyətini ifadə etmişdir.
Daha sonra “Caspian Energy Club”ın nümayəndə heyəti Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıyla görüşdə iştirak etmişdir. Görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuş, biznes mühitinin yaxşılaşdırılması və qarşılıqlı investisiya imkanları barədə fikir mübadiləsi aparılmışdır. Görüş çərçivəsində baş konsul Ayxan Süleymanlıya "Caspian Energy Club"ın fəxri üzvlük sertifikatı təqdim edilmişdir.
Bundan əlavə, səfər çərçivəsində nümayəndə heyəti Aktau şəhərinin Situasiya Mərkəzini ziyarət etmişdir. Burada iştirakçılar şəhər infrastrukturunun idarə olunması, rəqəmsal həllərintətbiqi və fövqəladə halların operativ monitorinqi sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat almış, mərkəzin funksional imkanları və texnoloji təchizatı ilə yaxından tanış olmuşlar.
Səfərin sonunda Mangistau vilayətinin akiminin müavini Abbat Urisbayev ilə rəsmi görüş keçirilmişdir. Görüş zamanı tərəflər arasında logistika, energetika, sənaye kooperasiyası və qarşılıqlı ticarət əlaqələrinin gələcək inkişaf istiqamətləri ətraflı şəkildə müzakirə olunmuşdur. Nümayəndə heyətinin üzvləri ziyarət etdikləri obyektlər barədə təəssüratlarını bölüşmüş, əksər şirkətlərin Aktau ilə artıq mövcud olan əməkdaşlıq təcrübəsinə sahib olduqlarını, bəzi hallarda isə fəaliyyətin yenidən bərpası və ya yeni əməkdaşlıq perspektivlərinin formalaşması mərhələsində olduqlarını qeyd etmişlər. Görüşdə həmçinin Ayxan Suleymanlı da iştirak etmişdir. Görüşün sonunda Abbat Urisbayevə "Caspian Energy Club"ın fəxri üzvlük sertifikatı təqdim edilmişdir.
“Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq yeni və daha dinamik mərhələyə qədəm qoyur. Biz bu səfəri gələcək tərəfdaşlıqlar və regionlararası inteqrasiyanın inkişafı üçün əhəmiyyətli addım kimi qiymətləndiririk”, - deyə Telman Əliyev bildirib. Onun sözlərinə görə, bu səfər cari ildə keçiriləcək son beynəlxalq təmas deyil. Yaxın zamanda Mangistau vilayətindən sahibkarların Azərbaycana, Azərbaycanda fəaliyyət göstərən sahibkarların isə Mangistauya bir sıra səfərləri nəzərdə tutulur ki, bu da qurulmuş əlaqələrin davamı və yeni müqavilələrin bağlanması üçün əlverişli zəmin yaradacaq.
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:
• “Caspian Energy Club”
• “Caspian Energy Club International”
• “Caspian Energy Event Group”
• “Caspian Energy International Media Group”
• “Award Organizers Group”
• “Caspian Energy Research Group”
• “Caspian Energy Entertainment Group”
• “Caspian Energy Jobs”
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.
“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.
Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.
https://www.caspianenergy.media/index.php/en/caspian-energy-media/item/9888-caspian-energy-club-mangistau-vilay-tin-isguezar-s-f-r-t-skil-edib#sigProGalleria8c51bce4a0