Select your language

INDUSTRY
Uruqvay dünya səviyyəli logistika infrastrukturuna malikdir
Uruqvayın sənaye, energetika və mədən sənayesi naziri Eliza Fasio

Caspian Energy (CE): Nazirlik tərəfindən 2025-ci il üçün müəyyən edilmiş əsas prioritetlər və hədəflər hansılardır?

Uruqvay Respublikasının sənaye, energetika və mədən sənayesi naziri Eliza Fasio: Nazirliyin fəaliyyəti sənaye, energetika, mədən sənayesi, kiçik və orta sahibkarlıq, sənaye mülkiyyəti, atom enerjisindən dinc məqsədlərlə istifadə və telekommunikasiya da daxil olmaqla geniş sahələri əhatə edir. Bu istiqamətlərin hər biri üzrə siyasətin müəyyənləşdirilməsi və tərəqqinin təmin edilməsi mənim fəaliyyətimin əsasını təşkil edir.

Mart ayında ölkəmizdə yeni hökumət fəaliyyətə başlayacaq və bununla əlaqədar olaraq bu və digər nazirliklərin rəhbərliyində dəyişikliklər olacaq. Yeni hakimiyyətin öz məqsəd və yanaşmaları olacaq. Qeyd etmək vacibdir ki, bu illər ərzində ilkin mərhələdə qarşıya qoyduğumuz bütün hədəflərə nail ola bilmişik. O cümlədən "Uruguay Innovation Hub" proqramı əsasında Uruqvayı bilik iqtisadiyyatı sahəsində qabaqcıl mövqelərə çıxarmışıq.

Bu milli proqram DeepTech, GreenTech və BioTech kimi sürətlə inkişaf edən sektorlarda startapların gücləndirilməsinə və inkişafının sürətləndirilməsinə, eləcə də innovasiyalar vasitəsilə qlobal problemlərin araşdırılması və həlli sahəsində ölkəmizin nümunəvi mərkəzə çevrilməsinə yönəlib. Bundan əlavə, yaşıl hidrogen sənayesinin inkişafında da irəliləyiş əldə etmişik. Hesab edirik ki, bu sahə uzunmüddətli perspektivdə ölkəmizə əhəmiyyətli təsir göstərəcək.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe