Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji münasibətlərinin qurulması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin bu yay Qırğızıstan və Özbəkistana səfərlərinin əsas istiqamətlərindən olub.
İyulun 31-də Azərbaycan Prezidentinin Qırğızıstan Respublikasına dövlət səfəri çərçivəsində Prezidentlər Sadır Japarov və İlham Əliyev arasında aparılan danışıqların yekununda “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, eləcə də “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı” imzalanıb. İmzalanan sənədlər arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş, 2026-2027-ci illər üzrə energetika sahəsində əməkdaşlığa dair yol xəritələri, həmçinin 2024-2029-cu illər üçün Əməkdaşlıq Proqramının həyata keçirilməsinə dair yol xəritəsi və digər sənədlər yer alıb.
Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev əbədi dostluq haqqında Müqavilə imzalayıblar.
Prezident İlham Əliyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında Zəngəzur dəhlizi haqqında da danışıb. AZƏRTAC xəbər verir ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsində bu layihənin gələn il başa çatacağını vurğulayıb. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında da müvafiq işlərə başlanıldığını diqqətə çatdırıb.
Həmçinin qeyd olunub ki, Azərbaycan Bakıdan Ermənistan sərhədinədək uzanan, uzunluğu təxminən 400 kilometr olan mövcud dəmir yolu xəttinin bir hissəsini bərpa edir və modernləşdirir. Xəttin Naxçıvan hissəsinin uzunluğu isə təxminən 200 kilometrdir. Bu xətt Orta Dəhlizin mühüm qollarından birinə çevriləcək.
Sentyabrın 1-də isə Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə "ŞƏT+" formatında görüşlər keçirilib. 31 avqust-1 sentyabr 2026-cı il tarixlərində Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinin əsas nəticəsi 28 rəsmi sənədin imzalanması və təşkilatın 25 illiyinə həsr olunmuş Bişkek Bəyannaməsinin qəbul edilməsi olub.
ŞƏT+ formatında liderlərin görüşü Avrasiya təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və təşkilatın qlobal arxitekturada rolunun gücləndirilməsi məsələlərinin müzakirə olunduğu bir şəraitdə baş tutub. Sammit çərçivəsində dövlət başçılarının regional və nəqliyyat layihələri ilə bağlı ikitərəfli danışıqları da keçirilib.
ŞƏT çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri Vaşinqton sülh sammitinin əsas nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi üzrə növbəti praktiki addımları müzakirə edib və TRIPP marşrutları boyunca nəqliyyat infrastrukturunun inkişafına dair layihələrin əhəmiyyətini qeyd ediblər.
Bunun nəticəsi olaraq, Azərbaycan hazırda Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrdən gələn yüklərin tranzitini təmin edir. Azərbaycan və Ermənistan qarşılıqlı ticarətin həcminin artırılması, onun əmtəə nomenklaturasının genişləndirilməsi və yeni quru nəqliyyat kommunikasiyalarının yaradılması istiqamətində birgə iş aparırlar.
Sabitlik adası
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə geniş tərkibdə görüş keçirib.
Frank-Valter Ştaynmayer dünyada və regionda baş verən hadisələr fonunda Azərbaycan və Almaniyanı sabitlik adası kimi xarakterizə edib. Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu xüsusi qeyd edib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunan Prezident İlham Əliyev ölkənin artıq Almaniya və Avstriyaya qaz ixrac etdiyini bildirib.
İyulun 20-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə azərbaycanlı və alman iş adamları və şirkətləri arasında birgə fəaliyyətə artan maraq vurğulanıb, həmçinin belə əməkdaşlığın institusional əsaslarının formalaşdırılması yolları müzakirə olunub.
Tərəflər ənənəvi və alternativ enerji mənbələrinin mövcud potensialı, nəqliyyat infrastrukturu, nəqliyyat və logistika, o cümlədən Orta Dəhliz çərçivəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
İyulun 1-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə geniş tərkibdə görüş keçirib. Ursula fon der Lyayen Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh prosesinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında regional əlaqələrin qurulmasındakı mühüm rolu qeyd olunub, həmçinin ölkəmizin Avropa İttifaqı ilə energetika sahəsində uğurlu əməkdaşlığı vurğulanıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunularkən, xüsusilə 2022-ci ildən sonra Avropa İttifaqına qaz ixracının həcminin artması nəzərə alınmaqla, Azərbaycanın etibarlı tərəfdaş olduğu məmnunluqla qeyd edilib.
Xəzər və Qara dəniz regionlarının birləşdirilməsi geniş imkanlar açır – Sərdar Berdiməhəmmədov
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Birgə Bəyanatı imzalayıblar.
"Qeyd edərək ki, hazırda gündəlikdə qlobal gündəmin məsələləri – nəqliyyat və enerji təhlükəsizliyi dayanır, Azərbaycan Prezidenti İlham Əliyev bu baxımdan Azərbaycanın və Türkmənistanın yalnız regionda deyil, qlobal miqyasda da həm milli səviyyədə, həm də birgə təşəbbüslər çərçivəsində çox mühüm rol oynadığını və bu rolun gələcəkdə daha da artacağını bildirib.
Bu baxımdan Azərbaycan Prezidenti geniş Avrasiya məkanında geosiyasi proseslərin müsbət istiqamətdə inkişafının böyük ölçüdə bu sahələrdə sıx əməkdaşlığımızdan asılı olacağını vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üzrə Əməkdaşlıq Proqramı"nı qarşılıqlı olaraq təqdim edib, həmçinin bir sıra digər sənədlər imzalanıb.
Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını dedi. Bu xüsusda Azərbaycan Prezidenti qeyd etdi ki, geniş Avrasiya qitəsində geosiyasi proseslərin müsbət inkişafı bir çox hallarda bu sahələrdə sıx qarşılıqlı fəaliyyətimizdən asılı olacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Türkmənistanın Xarici İşlər Nazirliyi arasında 2026-2029-cu illər üçün Əməkdaşlıq Proqramı"nı qarşılıqlı olaraq təqdim edib, həmçinin bir sıra digər sənədlər imzalanıb.
Bakıda səfərdə olan Türkmənistan Prezidenti Xəzər dənizində əməkdaşlıq məsələsinə toxunaraq hər iki ölkə üçün təhlükəsizlik, iqtisadiyyat, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində birgə fəaliyyətin vacibliyini vurğulayıb. O, bu baxımdan Türkmənistanın Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli görüş keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini və Xəzər Ekoloji Təşəbbüsünün təşviqində Azərbaycanın dəstəyinə ümid etdiyini bildirib.
Sərdar Berdiməhəmmədov əmtəə dövriyyəsindəki müsbət dinamikanı yüksək qiymətləndirərək iqtisadi və ticarət əməkdaşlığının ikitərəfli münasibətlərin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Yüksək səviyyəli qonaq ölkələrimiz arasında mövcud potensialın daha səmərəli reallaşdırılması məqsədilə İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyinə toxunub.
Sərdar Berdiməhəmmədov beynəlxalq arenada, eləcə də BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və MDB çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nəqliyyat-tranzit sektorunu əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistan və Azərbaycanın əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli üstünlüklər yaratdığını bildirib. Bu baxımdan o, Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin intensivləşdirilməsini təklif edib.
Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov ölkələrimizin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü də dəstəklədiyini vurğulayıb. Yüksək səviyyəli qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün geniş imkanlar açdığını qeyd edib.
Türkmənistan Prezidenti həmçinin neft-qaz, kimya, tekstil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.