Caspian Energy (CE): Cənab nazir, Norveç Hökuməti hazırda öz enerji sektorunun uzunmüddətli inkişafını, xüsusən də neft və qaz hasilatı ilə dekarbonizasiya məqsədləri arasındakı balansı necə qiymətləndirir?
Norveçin energetika naziri Terye Oslan: Norveçin strateji məqsədi rəqabətədavamlı enerji sənayesini iddialı iqlim siyasəti ilə uzlaşdırmaqdır. Sənaye tullantıları azaltmağa davam etdiyi bir vaxtda, neft və qaz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqda davam edəcək. 2015-ci ildən bəri Norveçin neft-qaz sektorunda emissiyalar təxminən 27% azalıb. Buna dünyada ən yüksək karbon qiymətlərindən biri, eləcə də elektrifikasiya, karbonun tutulması və saxlanması (CCS) kimi aşağı emissiyalı həllərə qoyulan yatırımlar kömək edir.
Please login or subscribe to read the full article.
Login / Subscribe