Dilinizi seçin

OIL&GAS
Dünyanın davamlı inkişafa töhfə verən daha çox və təmiz enerjiyə ehtiyacı var
QİEF-in Baş katibi Filip Mşelbila

Caspian Energy (CE): Cənab Baş katib, qlobal qaz bazarlarında ciddi struktur dəyişikliklərinin baş verdiyi bir dövrdə QİEF-ə rəhbərlik edirsiniz. Bu il üçün Forumun əsas strateji prioritetləri nələrdən ibarətdir?
Qaz İxrac Edən Ölkələrin Forumunun (QİEF) Baş katibi Filip Mşelbila: Qaz İxrac Edən Ölkələrin Forumu (QİEF) təbii qaz sahəsində dialoq, əməkdaşlıq və bilik mübadiləsi ilə məşğul olan aparıcı hökumətlərarası təşkilatdır. 2001-ci ildə təsis edilmiş və mənzil-qərargahı Dohada (Qətər Dövləti) yerləşən Forum, 12 üzv və 8 müşahidəçi ölkə daxil olmaqla, dörd qitədən 20 ölkəni özündə birləşdirir. Üzv ölkələrimizin payına birgə şəkildə dünyada sübut olunmuş təbii qaz ehtiyatlarının təxminən 70%-i, qlobal qaz hasilatının 40%-i və qlobal qaz ixracının 45%-i düşür.
2026-cı ildə gümüş yubileyimizi qeyd etdiyimiz üçün əsas diqqətimizi balansı və balanslaşdırılmış və gələcəyə yönəlik qlobal enerji dialoqunun formalaşdırılmasında QİEF-in rolunun möhkəmləndirilməsinə yönəldirik. Bu, üzv və müşahidəçi ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, strateji tərəfdaşlıqların genişləndirilməsi, eləcə də qısamüddətli, ortamüddətli və uzunmüddətli bazar təhlili hesabatları vasitəsilə tədqiqat və informasiya bazamızın gücləndirilməsi deməkdir.
Nəticə etibarilə, biz təbii qazın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, iqtisadi inkişafın təşviq edilməsində, enerjiyə əlçatanlığın genişləndirilməsində və bərpa olunan enerji mənbələrinin inteqrasiyasında oynadığı mühüm rolu vurğulamaqda davam edəcəyik. Eyni zamanda, qaz hasil edən ölkələrin mövqeyinin qlobal enerji müzakirələrində effektiv şəkildə əks olunmasını təmin etmək üçün hökumətlər, beynəlxalq təşkilatlar, maliyyə institutları və sənaye nümayəndələri ilə qarşılıqlı əlaqələrimizi daha da gücləndiririk.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe