Dilinizi seçin

OIL&GAS
Azərbaycan neft sənayesinin əsas hərəkətverici qüvvəsi və innovatoru olmaqda davam edir
OPEC-in Baş katibi Heysəm əl-Qays

Caspian Energy (CE): Cənab əl-Qays, Bakıya son səfərinizdən sonra OPEC ilə Azərbaycan arasındakı tərəfdaşlığın hazırkı inkişaf dinamikasını necə qiymətləndirirsiniz? Bundan əlavə, mövcud qlobal şəraitdə bu ikitərəfli əməkdaşlıq enerji bazarının sabitliyinin daha da möhkəmlənməsinə necə xidmət edə bilər?
OPEC-in Baş katibi Heysəm əl-Qays: İyulun əvvəlində Bibiheybətdəki ilk neft quyusu da daxil olmaqla neft sənayesinin bir çox "ilklərinə" ev sahibliyi edən təkrarolunmaz paytaxt Bakıya səfər etmək böyük şərəf idi. Bu gün Azərbaycan neft sənayesinin əsas hərəkətverici qüvvəsi və innovatoru olmaqda davam edir, qlobal miqyasda mühüm və etibarlı enerji istehsalçısı kimi qəbul olunur.
Ölkə həmçinin təxminən 10 il əvvəl fəaliyyətə başladığı vaxtdan bəri bazara sabitlik gətirilməsinə mühüm töhfə verən tarixi Əməkdaşlıq Bəyannaməsi (DoC) də daxil olmaqla bir çox çoxtərəfli təşəbbüslərin mərkəzində dayanır. Azərbaycan neft və enerji sənayesinin qarşısında duran çağırış və imkanların həlli üçün daha uzunmüddətli çərçivə olan Əməkdaşlıq Xartiyasının (CoC) hazırlanmasında da mərkəzi rol oynayıb.
Azərbaycanın tam dəstəyi bu yaxınlarda keçirilən ilk CoC Texniki Komitə iclasına ev sahibliyi etməsində öz əksini tapır. İclas CoC-nin məqsədlərinin tam şəkildə həyata keçirilməsinə həsr olunmuşdu. Buna iri neft istehlakçıları ilə dialoqun daha da inkişaf etdirilməsi, neft bazarında sabitliyin təşviq edilməsi, texnologiya, innovasiya və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi daxildir.
Həm DoC, həm də CoC-yə sarsılmaz dəstəyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Onun liderliyi və diplomatiyası hər iki təşəbbüsün irəliyə aparılmasında həyati əhəmiyyət kəsb edib. CoC-nin son iclasında Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə eyni platformada çıxış etmək də mənim üçün şərəf idi. Onun dəstəyi və rəhbərliyi son on il ərzində əməkdaşlığımızın inkişafında mühüm rol oynayıb.
Gələcəyə nəzər salaraq, tam əminik ki, OPEC, DoC və CoC davamlı neft bazarı sabitliyini dəstəkləməyə, sənayenin qarşılaşdığı çətinliklərin öhdəsindən gəlməyə və mövcud imkanlardan yararlanmağa kömək edəcək platforma təmin etməyə davam edəcək.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe