Caspian Energy (CE): Ötən ilin iyununda rəsmi səfərlə Azərbaycanda oldunuz. Bu səfər OPEC ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi baxımından nə dərəcədə əhəmiyyətli idi?
OPEC-in baş katibi Haysam Əl-Qays: Azərbaycan yeddi ildən artıqdır ki, Əməkdaşlıq Bəyannaməsinin (ƏB) həyata keçirilməsində mühüm rol oynayır. Ötən ilin iyununda Azərbaycana səfərim qlobal neft bazarının sabitləşdirilməsi səylərinin təməlini təşkil edən Əməkdaşlıq Bəyannaməsi çərçivəsində görülən böyük işləri nəzərdən keçirmək üçün əla imkan oldu. Bu məsələ Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev, eləcə də energetika naziri Pərviz Şahbazov və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə keçirdiyim məhsuldar görüşlərin əsas mövzusu oldu.
Xatırlamaq vacibdir ki, Prezident İlham Əliyevin mövqeyi hələ 2016-cı ildə OPEC ölkələri ilə təşkilata üzv olmayan neft hasil edən ölkələrin bir araya gəlməsində həlledici amillərdən biri olub. Bu gün Azərbaycanın lider və məsuliyyətli mövqeyi onun Əməkdaşlıq Bəyannaməsinə sadiqliyinin göstəricisidir. Bütün bunlar Azərbaycanın neft sənayesinin formalaşmasında oynadığı tarixi rola da uyğundur. Məhz bu rola görə Azərbaycan haqlı olaraq "müasir neft sənayesinin beşiyi" adlandırılır.
Bu görüşlər zamanı investisiya məsələləri, o cümlədən sənayenin üzləşdiyi investisiya problemləri, eləcə də enerji təhlükəsizliyinin və emissiyaların azaldılmasının paralel şəkildə təmin edilməsinin zəruriliyi kimi digər mühüm məsələləri müzakirə etmək imkanı da əldə etdik. Bu baxımdan, Azərbaycanın bu ilin sonunda COP29 konfransına ev sahibliyi etməsini tam dəstəklədiyimizi bildiririk.
Bakıya səfərim Azərbaycan ilə OPEC arasında dostluq və tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdi. Növbəti səfərimi səbirsizliklə gözləyirəm.
Please login or subscribe to read the full article.
Login / Subscribe