Caspian Energy (CE): Cənab Prezident, son illərdə Albaniya və Azərbaycan arasında münasibətlərin əhəmiyyətli dərəcədə möhkəmləndiyinin şahidi olmuşuq. Enerji sektorundan kənarda bu tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün hansı istiqamətləri ən perspektivli hesab edirsiniz?
Albaniya Respublikasının Prezidenti Bayram Beqay: Albaniya və Azərbaycan uğurlu enerji əməkdaşlığına, yüksək səviyyəli siyasi dialoqa və qarşılıqlı hörmətə əsaslanan güclü tərəfdaşlıq qurublar. Tirana və Bakıda səfirliklərin açılması, eləcə də vizasız gediş-gəliş haqqında saziş biznesin, turizmin, mədəni mübadilələrin və xalqlar arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Energetika münasibətlərimizin təməl daşı olaraq qalsa da, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı, rəqəmsal innovasiyalar və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Albaniyanın Adriatik sahilindəki strateji mövqeyi və Azərbaycanın Xəzər regionuna və Mərkəzi Asiyaya açılan qapı rolu Porto-Romano limanı, VIII Dəhliz və Orta Dəhliz kimi layihələr vasitəsilə Şərq-Qərb nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün təbii imkanlar yaradır.
Bərpaolunan energetika, logistika, aqrobiznes, turizm və texnologiyalar sahəsinə birgə investisiyaların genişləndirilməsi, habelə biznes və universitetlər arasında tərəfdaşlığın möhkəmləndirilməsi münasibətlərimizi qarşılıqlı bağlılığa, innovasiyalara və davamlı artıma söykənən daha geniş tərəfdaşlığa çevirməyə kömək edəcək.
Please login or subscribe to read the full article.
Login / Subscribe