Dilinizi seçin

ENERGY
Regionun gələcəyini Qazaxıstan və Azərbaycan arasında sıx sinerjidə görürəm
Qazaxıstanın energetika naziri Yerlan Akkenjanov

Qazaxıstanın energetika naziri Yerlan Akkenjanov: Ötən ilin Qazaxıstanın neft-qaz sektorunda əsas tarixi nailiyyəti Tengiz yatağında “Gələcək İnkişaf Layihəsi”nin tam yekunlaşdırılması oldu. Üçüncü nəsil zavodun istismara verilməsi illik hasilatın 12 milyon ton artmasını təmin edəcək ki, bu da milli iqtisadiyyat üçün uzunmüddətli və güclü ixrac gəliri mənbəyi yaradacaq..
Biz sənayenin 2040-cı ilədək inkişafı üzrə konkret hasilat hədəflərini təsdiqləmişik. Belə ki, emal həcmlərini hazırkı 18 milyon tondan illik 39 milyon ton neftə çatdırmağı planlaşdırırıq. Buna nail olmaq üçün mövcud üç neft emalı zavodunun genişləndirilməsi nəzərdə tutulur..
Ayrıca, hazırda miqyaslı bir layihənin — illik gücü 10 milyon ton olan yeni neft emalı zavodunun tikintisi üçün strateji tərəfdaşlar axtarışındayıq. Bu layihə qarşıdakı onilliklər ərzində regionun yanacaq bazarının mənzərəsini müəyyən edəcək. Fürsətdən istifadə edərək, azərbaycanlı investorları emal sektorundakı bu və digər birgə layihələrdə iştirak etməyə dəvət edirəm. Azərbaycanın neft-qaz sektorundakı zəngin təcrübəsini nəzərə alsaq, sinergiyamız bütün sənayenin inkişafına güclü təkan verə bilər.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe