Dilinizi seçin

ICT
Estoniya innovativ inqilabi rəqəmsal həllərin sınaqdan keçirilməsi üçün ən əlverişli mühitdir
Estoniyanın ədliyyə və rəqəmsal inkişaf naziri Liyza-Li Pakosta

Caspian Energy (CE): Estoniyanın "görünməz", proaktiv dövlət xidmətlərinə keçidi fonunda Nazirliyiniz vətəndaşlar və biznes üçün elektron dövlətin fərdiləşdirilməsi səviyyəsini daha da artırmaq məqsədilə süni intellektdən necə istifadə edir?

Estoniya Respublikasının ədliyyə və rəqəmsal inkişaf naziri Liyza-Li Pakosta: Məqsədimiz reaktiv dövlətdən proaktiv və ya "görünməz" dövlətə keçməkdir. Vətəndaşlar yardım üçün özləri dövlətə müraciət etməməlidirlər. Əksinə, istər uşağın doğulması, istər şirkətin yaradılması, istərsə də pensiyaya çıxma zamanı insanın dəstəyə ehtiyacı olduğu anda dövlət onun yanında olmalıdır.

Süni intellekt bu məqsədə nail olunmasında mühüm rol oynayır. Biz "Bürokratt" adlı milli virtual köməkçilər şəbəkəsi yaradırıq. Bu, sadəcə çat-bot deyil, insanların vahid giriş nöqtəsi vasitəsilə səsli əmrlər və ya çat üzərindən dövlət xidmətlərinə çıxışını təmin edən ekosistemdir.

Süni intellekt məlumatları — məxfiliyə ən ciddi şəkildə riayət etməklə — təhlil etməyə və xidmətləri proaktiv şəkildə təqdim etməyə kömək edir. Məsələn, bunun sayəsində ailə müavinətləri üçün ayrıca ərizə təqdim edilməsinə ehtiyac qalmadan ödənişlər avtomatik həyata keçirilə bilər.

Bizim konsepsiyamız ondan ibarətdir ki, bürokratiya maşınların üzərinə düşməlidir ki, insanlar həyatın sevincinə hədəflənə bilsinlər.

 

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe