Caspian Energy (CE): Xanım Baş nazir, Bakıda keçirdiyiniz yüksək səviyyəli görüşlərdən sonra enerji keçidi, nəqliyyat dəhlizləri və ya ticarət kimi konkret hansı sektorların daha çox dinamika qazandığını düşünürsünüz və bu səfərin ən mühüm nəticələri kimi nələri qeyd edərdiniz?
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene: Səfər bir neçə prioritet istiqamət üzrə işlərə — ilk növbədə nəqliyyat və əlaqəliliyin genişləndirilməsi, enerji əməkdaşlığı və ticarət sahələrində — praktiki impuls verdi. Biz logistika dəhlizləri vasitəsilə, o cümlədən Xəzər regionu ilə Baltik dənizi arasında inteqrasiyanın dərinləşdirilməsi hesabına regionlarımızın daha sıx əlaqələndirilməsi üçün aydın perspektivlər görürük.
Digər mühüm nəticə daha strukturlaşdırılmış siyasi dialoqa keçid oldu ki, bu da uzunmüddətli əməkdaşlıq üçün şərait yaradır. Bugünkü geosiyasi şəraitdə ən vacib məsələ siyasi qarşılıqlı anlaşmanı konkret və qarşılıqlı faydalı layihələrə çevirməkdir və bu səfər bizi məhz bu istiqamətdə daha da irəli apardı.
Please login or subscribe to read the full article.
Login / Subscribe