Caspian Energy (CE): Avstriya qlobal iqtisadi qeyri-sabitlik şəraitində əhəmiyyətli dayanıqlıq nümayiş etdirib. Ölkə sənayesinin uzunmüddətli rəqabət qabiliyyətini təmin etməyə yönəlmiş hökumətin hazırkı strategiyasının əsas istiqamətləri hansılardır?
Avstriyanın iqtisadiyyat, energetika və turizm üzrə federal naziri Volfqanq Hattmannsdorfer: 2035-ci ilədək olan dövrü əhatə edən hazırkı Avstriya Sənaye Strategiyası innovasiyalar, dayanıqlığın artırılması və davamlı transformasiya vasitəsilə ölkənin sənaye rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlib. Strategiyanın əsasını sənayenin bütün sahələrində qabaqcıl texnologiyaların işlənib hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetirilməsi təşkil edir. Bunlara süni intellekt, mikroelektronika və çiplər, kvant texnologiyaları, kibertəhlükəsizlik, qabaqcıl sensor sistemləri, eləcə də gələcəyin sənayesində əlavə dəyərin yaradılmasının əsas amilləri kimi nəzərdən keçirilən ekoloji və təmiz texnologiyalar daxildir.
Bu texnoloji istiqaməti dəstəkləmək məqsədilə strategiya bir sıra əsas elementləri özündə birləşdirir: tədqiqatlara, texnologiyalara və innovasiyalara əhəmiyyətli investisiyaların yatırılması; "yaşıl" keçid üçün etibarlı və əlçatan enerji təchizatının təmin edilməsi; əsas texnologiyalar sahəsində təhsil və ixtisaslaşmış hazırlıq vasitəsilə ixtisaslı kadrların yetişdirilməsi; müasir infrastrukturun və dayanıqlı təchizat zəncirlərinin inkişafı, eləcə də ümumavropa səviyyəsində sıx əməkdaşlıq. Maliyyələşdirmə şərtlərinin yaxşılaşdırılması və bürokratik prosedurların azaldılması ilə birlikdə bu tədbirlər Avstriyanın Avropanın yüksək texnologiyalı və dayanıqlı sənaye mərkəzi kimi uzunmüddətli mövqeyini təmin etməyə xidmət edir.
Bundan əlavə, strategiya Avropa dəyər zəncirlərinin dayanıqlığının gücləndirilməsini və strateji asılılıqların azaldılmasını nəzərdə tutur. Bu, dünyada qeyri-sabitliyin artdığı şəraitdə Avstriya sənayesinin rəqabət qabiliyyətini və təhlükəsizliyini qoruyub saxlamağa imkan verəcək.
Please login or subscribe to read the full article.
Login / Subscribe