Dilinizi seçin

STATECRAFT
Turizm iqtisadiyyatımızın təməl daşı olaraq qalır
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu

Caspian Energy (CE): Cənab Prezident, xahiş edirik, Maldiv adalarında dayanıqlı və inklüziv milli inkişafı irəli aparmaq istiqamətində administrasiyanızın əsas prioritetlərindən danışasınız?
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu: Administrasiya “Davamlı Maldivlər 2024: Hamı üçün rifah” adlı 20 illik Milli İnkişaf Planının hazırlanması vasitəsilə milli inkişaf prosesini daha səmərəli və güclü hala gətirməklə transformativ paradiqma dəyişikliyinə başlamağı qarşıya məqsəd qoyur. Planın effektivliyini və dayanıqlılığını təmin etmək üçün o, lazımi hüquqi bazalarla dəstəklənəcəkdir.
Prezidentin 2040-cı ilə qədər inkişaf etmiş dövlət statusuna nail olmaq barədə verdiyi vədə uyğun olaraq, bu planın hazırlanması artıq davam edir. O, həm sektor, həm də regional inkişafı istiqamətləndirən resurs bölgüsü üçün strateji çərçivə rolunu oynayacaqdır. Plan iqtisadi, sosial, ekoloji, şəhərsalma və idarəetmə sektorları üzrə əsas prioritetləri əhatə edəcək və bununla da qarşıdakı 20 il ərzində Maldiv adalarında dayanıqlı və inklüziv sosial-iqtisadi artımı təmin edəcəkdir. Həmçinin planda məsuliyyətin və ölçüləbilən tərəqqinin təmin edilməsi üçün icra, monitorinq və qiymətləndirmə üzrə etibarlı mexanizmlər nəzərdə tutulmuşdur.
Maldiv adaları iqtisadi və maliyyə dayanıqlılığının qurulmasına və qorunub saxlanılmasına sadiq qaldığını qətiyyətlə nümayiş etdirir və bunu dayanıqlı inkişafın əsas sütunu hesab edir. Bu öhdəliyə uyğun olaraq, planın əsas diqqət mərkəzində bütün sektorlar üzrə iqtisadi şaxələndirməyə yönəlmiş strateji təşəbbüslərin müəyyən edilməsi və həyata keçirilməsi durur. Bu səylər daha güclü və özünü təmin edən iqtisadiyyatın formalaşdırılmasına şərait yaratmaq və bununla da Maldiv adalarının qlobal miqyasda mövqeyini gücləndirmək məqsədi daşıyır.
Buraya Maldiv Beynəlxalq Maliyyə Mərkəzinin (MIFC) yaradılması kimi yeni layihələrin və sənaye sahələrinin inkişafı da daxildir. Mərkəzin yaradılması ölkənin regional maliyyə mərkəzi kimi nüfuzunu artırmaq məqsədi daşıyır. Bundan əlavə, plan ölkənin ən mühüm iqtisadi sektorunda işçi qüvvəsinin inkişafına xüsusi diqqət yetirir; bura turizm sənayesi üçün xüsusi təlim kurortunun yaradılması kimi təşəbbüslər daxildir ki, bu da yalnız yerli səviyyədə deyil, həm də beynəlxalq səviyyədə fayda verəcəkdir.
Planlaşdırma prosesinin əsas komponentlərindən biri ictimai məsləhətləşmələr də daxil olmaqla, maraqlı tərəflərin geniş şəkildə prosesə cəlb edilməsi olacaqdır. Biz hesab edirik ki, müxtəlif baxışlara və kollektiv töhfələrə əsaslanan hərtərəfli və inklüziv yanaşma bütün Maldiv xalqı üçün həqiqətən dayanıqlı və firavan gələcəyə nail olmaq baxımından zəruridir.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe