Dilinizi seçin

INDUSTRY
Kolumbiya strateji baxımdan əlverişli coğrafi mövqeyə malikdir və bu, bizə regional inteqrasiyanı fəal şəkildə inkişaf etdirmək imkanı verir
Kolumbiyanın mədən sənayesi və energetika naziri Omar Andres Kamaço

Caspian Energy (CE): Kolumbiyanın enerji sektorunun hazırkı prioritetləri hansılardır və bu prioritetlərin həyata keçirilməsi üçün hansı planlar nəzərdə tutulub?

Kolumbiyanın mədən sənayesi və energetika naziri Omar Andres Kamaço: Kolumbiyada enerji istehsalı və istehlakına yanaşmaların transformasiyasını nəzərdə tutan "Ədalətli Enerji Keçidi" proqramını həyata keçiririk. Bu proses kömür, neft və təbii qaz kimi fosil resursların günəş, külək və hidroenerji də daxil olmaqla bərpa olunan enerji mənbələri ilə əvəz edilməsini nəzərdə tutur. Bu keçid yalnız texniki deyil, həm də sosial və iqtisadi aspektləri əhatə edir. Buna görə də əsas məqsədimiz bərpa olunan enerji, dayanıqlı mobillik və yeni enerji sahələrində keyfiyyətli iş yerləri yaratmaqla iqtisadiyyatın transformasiyasına nail olmaqdır.

"Ədalətli" ifadəsindən istifadə etməklə vurğulamaq istəyirik ki, bu dəyişikliklər yalnız müəyyən qrupların deyil, həssas və tarixən sosial baxımdan təcrid olunmuş icmaların da maraqlarını nəzərə almalıdır. Əksinə, biz bu ərazilərdə yaşayan insanların rifahını, işçilərin ləyaqətini və ekosistemlərimizin qorunmasını prioritet hesab edirik. Ədalətli Enerji Keçidinin əsas məqsədləri struktur bərabərsizliyin azaldılmasına, sərvətin yenidən bölüşdürülməsinə və iqlim böhranının nəticələrinin yumşaldılmasına yönəlib.

Bu məqsədlə Kolumbiyanın mədənçıxarma və energetika sektorunun transformasiyası üçün aşağıdakı prioritet planları həyata keçiririk:

6 GVt planı: 2026-cı ilədək qeyri-ənənəvi bərpa olunan enerji mənbələrindən istifadə üzrə iri layihələrin həyata keçirilməsi yolu ilə enerji balansına 6 GVt gücün inteqrasiyasını nəzərdə tutur.

Enerji icmaları: Enerji yoxsulluğunun yüksək olduğu regionlarda fotovoltaik layihələrin quraşdırılması vasitəsilə enerjiyə çıxışın demokratikləşdirilməsinə yönəlib.

Elektromobillik: Nəqliyyat vasitələrinin enerji ilə doldurulması infrastrukturunun inkişafı, avtomobil, eləcə də yerüstü və su nəqliyyatında fosil yanacaqlardan asılı olmayan vasitələrə keçid yolu ilə ölkədə enerji istehlakının transformasiyasını hədəfləyir.

Dənizdə külək enerjisi: Dənizdə külək enerjisi layihələrinin inkişafı hesabına enerji resurslarının ölkənin enerji balansına inteqrasiyasını nəzərdə tutur. Kolumbiya bu cür layihələrin inşası üçün müsabiqə prosesini hazırlayan Latın Amerikası və Karib hövzəsində ilk ölkə olub.

Yeni enerji növləri: Geotermal enerji, hidrogen və bioenerji potensialımızdan istifadə etməklə enerji resurslarının mənimsənilməsinə yönəlib.

Həyat naminə faydalı qazıntıların hasilatı: Bərpa olunan enerji sənayesi üçün zəruri olan mineral resurslardan istifadənin inkişafını və ətraf mühitin mühafizəsi, eləcə də ərazilərin kompleks planlaşdırılması prinsipləri əsasında ölkənin məhsuldar yenidən sənayeləşməsinin təşviqini nəzərdə tutur.

Kolumbiyanın yerli icmalarla əməkdaşlıq və müxtəlif dövlət qurumlarının koordinasiyası əsasında irəli sürdüyü bu çoxsaylı strategiyaların inteqrasiyası vasitəsilə Ədalətli Enerji Keçidini gücləndirməyə çalışırıq. Bu prosesdə külək və günəş enerjisi mühüm rol oynayır ki, bu da yuxarıda qeyd olunan planların həyata keçirilməsi ilə təsdiqlənir. Son iki ildə ölkədə 104 yeni günəş parkı istismara verilib, 270-dən çox enerji icması yaradılıb, qeyri-ənənəvi bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı güclərimiz isə 10 dəfə artaraq 2 GVt-a çatıb.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe