Caspian Energy (CE): COP29-un nəticələri Cənubi Afrika Respublikasının nəqliyyat sektoruna necə təsir göstərir və qlobal iqlim öhdəliklərinə uyğunlaşmaq üçün hansı addımlar atılır?
Cənubi Afrika Respublikasının Nəqliyyat naziri Barbara Krisi: Cənubi Afrikanın milli səviyyədə müəyyən edilmiş ilkin töhfəsi (INDC) (RSA 2015) COP21-dən əvvəl, 25 sentyabr 2015-ci ildə təqdim edilib və Paris Sazişinin ratifikasiyasından sonra 1 noyabr 2016-cı ildə ölkənin ilk milli səviyyədə müəyyən edilmiş töhfəsinə (NDC) (RSA 2016) çevrilib.
Cənubi Afrika Paris Sazişinə sadiqliyini davam etdirir və Hökumət qlobal iqlim tədbirlərinə dair öhdəliklərini müxtəlif istiqamətlərdə həyata keçirir. Bu istiqamətlərdən biri Paris Sazişinin məqsədləri nəzərə alınmaqla dayanıqlı nəqliyyat sisteminin inkişaf etdirilməsi və Cənubi Afrikada bütün nəqliyyat növləri üzrə karbon izinin azaldılmasıdır.
Biz, həmçinin Cənubi Afrika İnkişaf Birliyi (SADC) vasitəsilə regionda, Afrika İttifaqının dayanıqlılığa dair qitəmiqyaslı yanaşması çərçivəsində Afrika qitəsində və Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) ilə Beynəlxalq Dəniz Təşkilatı (IMO) kimi qurumlar vasitəsilə qlobal səviyyədə analoji səylərə töhfə veririk.
Nəqliyyat Nazirliyi milli siyasətin tərkib hissəsi kimi "Yaşıl Nəqliyyat Strategiyası"nı hazırlamışdır. Hazırda bu strategiyanın fəaliyyət planının iqlim elminin tələblərinə uyğunluğunu təmin etmək və iqlim dəyişmələrinin təsirlərinə qarşı dözümlülüyü artırmaq üçün sənəd daha sərt hədəflər istiqamətində yenilənir.
Biz enerji sərfiyyatını azaltmaq və ölkənin istixana qazı (GHG) emissiyalarının azaldılması üzrə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrinə (NDC) dəstək olmaq məqsədilə Milli Dəmir Yolu Siyasətinə dair "Ağ Kitab"ı (White Paper) tətbiq edirik.
Bu, həm də yük və sərnişin dəmir yolu daşımalarını bərpa edərək, dayanıqlı yük logistikası və sərnişin nəqliyyatı sistemi vasitəsilə dəmir yolunun rolunu canlandırmaq öhdəliyimizə tam cavab verir. COVID-19 pandemiyasından sonra aeroportlarımız hava yükdaşımalarının səmərəliliyini artırmaq üçün fəaliyyətlərini diversifikasiya etmişdir. Paralel olaraq, gəmi reyestrimizin formalaşdırılması və sahil gəmiçiliyinin (kabotaj) inkişafı istiqamətində də analoji addımlar atılır.
Biz ictimai nəqliyyat sektorunun daha da böyüməsini dəstəkləmək və gündəlik gediş-gəliş xərclərini azaltmaqla daha çox insanı ictimai nəqliyyata yönəltmək üçün ictimai nəqliyyat subsidiyasının hazırlanmasını yekunlaşdırırıq.
Please login or subscribe to read the full article.
Login / Subscribe