Caspian Energy (CE): Ötən il Latviya iqtisadiyyatı bir sıra çağırışlarla üzləşib. Mövcud qlobal iqtisadi çətinlikləri nəzərə alaraq, qarşıdakı 1–2 il ərzində Latviyanın iqtisadiyyatının bərpası və iqtisadi artımın təmin edilməsi baxımından əsas prioritetlər hansılardır?
Latviyanın iqtisadiyyat naziri Viktors Valaynis: Son illərdə baş verən sürətli geosiyasi, iqtisadi və texnoloji dəyişiklikləri nəzərə alaraq, İqtisadiyyat Nazirliyi 2024-cü ilin may ayında ölkə vətəndaşlarının həyat səviyyəsinin və iqtisadi rifahının sürətlə yüksəldilməsinə yönəlmiş Latviyanın yeni iqtisadi artım strategiyasını hazırlayıb.
Əsas məqsəd növbəti on il ərzində Latviya iqtisadiyyatının həcmini iki dəfə artırmaqdır. Buna 2023-cü ildə Avropa İttifaqı üzrə orta göstəricinin 60 faizi səviyyəsində olan Latviya şirkətlərinin məhsuldarlığının 2035-ci ilədək Aİ üzrə orta göstəriciyə çatdırılması hesabına nail olunması planlaşdırılır. İnnovasiyalardan və süni intellekt də daxil olmaqla ən yeni texnologiyalardan istifadə, eləcə də ölkənin yaşıl iqtisadiyyat, bərpaolunan enerji mənbələri və bioiqtisadiyyat sahələrində əldə etdiyi qabaqcıl nailiyyətlər sürətli iqtisadi artımın təmin edilməsinin əsas amilləri kimi nəzərdən keçirilir.
Hökumətin qarşıya qoyduğu iqtisadi məqsədə nail olmaq üçün sahibkarların maliyyələşmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək və milli iqtisadiyyata investisiyaları fəal şəkildə cəlb etmək lazımdır. Milli iqtisadiyyata yönəldilən məqsədyönlü dövlət investisiyaları, o cümlədən Bərpa Fondu da daxil olmaqla, Aİ fondlarının vəsaitləri ilə birlikdə məhsuldarlığın artırılması, rəqəmsallaşma, enerji səmərəliliyi, ixrac potensialı və sahibkarlarımızın rəqabət qabiliyyətinin yüksəldilməsinə əhəmiyyətli dəstək göstərəcək. Bu da öz növbəsində Latviya iqtisadiyyatının artımına və ixrac həcminin genişlənməsinə töhfə verəcək. Bununla yanaşı, inflyasiya təzyiqinin güclənməsinə yol verməmək üçün investisiyalardan məsuliyyətli şəkildə istifadə olunmasını təmin etmək vacibdir.
Please login or subscribe to read the full article.
Login / Subscribe