Caspian Energy (CE): Cənab Soltanov, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının COP29 konfransının gündəliyində hansı məsələlər əsas yer tutur? Karbon emissiyalarının azaldılması ilə bağlı yeni öhdəliklər nədən ibarət olacaq?
Azərbaycan üzrə COP29-un baş icraçı direktoru Elnur Soltanov: COP29 Paris Sazişi və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal tədbirlər üçün lakmus kağızı rolunu oynayacaq. COP29-un məqsədi əvvəlki vədləri yerinə yetirmək və 1,5°C hədəfini əlçatan məsafədə saxlamaq üçün COP28-də razılaşdırılmış ilk Qlobal Qiymətləndirmənin nəticələrini əks etdirən mətnin icrasını təmin etməkdir.
Biz Paris Sazişinin bütün əsas istiqamətləri üzrə, mərkəzində iqlim maliyyələşməsinin dayandığı əhəmiyyətli irəliləyişə nail olmalıyıq. COP29 sədrliyinin danışıqlarda əsas prioriteti inkişaf etməkdə olan ölkələr olan Tərəflərin ehtiyac və prioritetlərini nəzərə almaqla, iqlim maliyyələşməsi üzrə yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) barədə ədalətli və iddialı razılaşmanın əldə olunmasıdır.
İqlim maliyyələşməsinə dair səylərimiz təqdim edilməli olan resursların tam əhatəsini və potensialını özündə birləşdirməlidir. Eyni zamanda, fəaliyyətimiz əvvəlki səylərdən daha böyük irəliləyişi təmin etməli, problemin miqyasına və aktuallığına uyğun çoxqatlı artımı nəzərdə tutmalıdır.
Lakin bu, yalnız bizim prioritetimiz deyil. COP29 sədrliyi COP29-da hamımızın bu addımı atacağımıza ümid bəsləyən çoxsaylı Tərəflərin və icmaların səslərini eşidib.
Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) iddialı şəkildə qəbul edilməsi Tərəflərin icra vasitələri və dəstək, eləcə də bütövlükdə Paris Sazişi üzrə irəliləyiş əldə edib-etməyəcəyi baxımından həlledici məqam olacaq. Bu, Paris Sazişindən sonra müəyyən edilən ilk böyük maliyyə məqsədi olacaq və biz Tərəflərə konsensusa nail olmaqda kömək etmək üçün bütün səylərimizi göstəririk.
Tərəflərlə apardığımız bütün ünsiyyət və qarşılıqlı əlaqələr zamanı gözləntilərimizi və qərarların hazırlanmasında hər birimizin oynamalı olduğu rolu açıq şəkildə ifadə etmişik. Bunun səbəbi odur ki, məsələ heç vaxt olmadığı qədər ciddi xarakter daşıyır: iqlim dəyişikliyi gələcək risk deyil, hazırda bütün dünyada milyardlarla insanı təhdid edən real təhlükədir.
Please login or subscribe to read the full article.
Login / Subscribe