Dilinizi seçin

ECOLOGY
Tərəflər təbiətin və ekosistemlərin qorunması, mühafizəsi və bərpası istiqamətində işi davam etdirməlidirlər
İqlim fəaliyyəti üzrə Avropa Komissarı Vopke Hukstra

Caspian Energy (CE): Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün Aİ-nin daha çox diqqət və səylərini yönəltməli olduğu əsas məsələlər hansılardır? Bu məsələlər Bakıda keçiriləcək COP29 konfransının gündəliyinə daxil edilibmi?

İqlim fəaliyyəti üzrə Avropa Komissarı Vopke Hukstra: İqlim dəyişmələri artıq reallıqdır. Elmi məlumatlar bunu birmənalı şəkildə təsdiqləyir. İqlim sahəsində beynəlxalq əməkdaşlıq böyük əhəmiyyət daşıyır, çünki iqlim dəyişmələri sərhəd tanımır. Biz həm qlobal səviyyədə, həm də ayrı-ayrı ölkələr daxilində yüksək ambisiyaları qoruyub saxlamalı, bütün tərəflərin prosesdə iştirakını təmin etməliyik. Prioritet istiqamətlərdən biri qlobal səviyyədə ədalətli və inklüziv təmiz enerjiyə keçidin sürətləndirilməsi məqsədilə tərəfdaşlarla sıx əməkdaşlıqdır.

COP29 çərçivəsində nazirlər və liderlər: 1) qalıq yanacaqlardan istifadədən keçidə sadiqliklərini təsdiqləməli və bu istiqamətdə hansı addımları atdıqlarını nümayiş etdirməli; 2) dövlət və özəl resursların bu keçidi dəstəkləmək üçün əlçatan olacağına əminlik yaradacaq yeni, ambisiyalı və əldəolunan iqlim maliyyələşdirilməsi məqsədini razılaşdırmalı; 3) ekoloji bütövlüyü, şəffaflığı və hesabatlılığı təmin edən qaydalar əsasında Paris Sazişinə uyğun beynəlxalq karbon bazarının fəaliyyətə başlamasına şərait yaratmalıdırlar.

COP29 həmçinin Braziliyada keçiriləcək COP30 ərəfəsində emissiyaların azaldılması üzrə növbəti hədəflər mərhələsinin hazırlanmasında hamımızın nə dərəcədə irəliləyiş əldə etdiyimizi qiymətləndirmək üçün mühüm mərhələ olacaq. Biz hesab edirik ki, ilk qlobal qiymətləndirmənin nəticələrini, o cümlədən "qalıq yanacaqlardan istifadədən keçid" məsələsini səmərəli şəkildə nəzərə alan milli səviyyədə müəyyən edilmiş töhfələr (NDC) böyük əhəmiyyət daşıyır.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe