Caspian Energy (EU): Cənab nazir, BMT-nin COP29 İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflər Konfransından hansı gözləntiləriniz var və qarşıdakı tədbirdə neft hasil edən ölkələr, sizin fikrinizcə, hansı rolu oynamalıdır?
Norveçin iqlim və ətraf mühit naziri Andreas Byelland Eriksen: Mən 1,5 dərəcə Selsi hədəfinə çatmaq istiqamətində bizi daha bir addım irəli aparacaq iddialı nəticəyə ümid edirəm. Xüsusilə, enerji keçidinin beynəlxalq maliyyələşdirilməsinin həcmini artıracaq nəticəyə ehtiyacımız var.
Həmçinin bütün səviyyələrdə və bütün proseslər çərçivəsində emissiyaların azaldılması üzrə tədbirlərin və onların həyata keçirilməsinin ambisiyasını artırmalıyıq. Bura emissiyaların azaldılması üzrə tədbirlərin ambisiyasının və onların icrasının artırılması üzrə iş proqramı da daxildir, lakin məsələ bununla məhdudlaşmır.
Gözləyirəm ki, bütün Tərəflər 1,5 dərəcə Selsi hədəfinə nail olmaq üçün konstruktiv şəkildə çalışacaqlar.
Please login or subscribe to read the full article.
Login / Subscribe