Dilinizi seçin

ECONOMY
Fermer təsərrüfatlarının müxtəlifliyini qorumaq vacibdir
Yanuş Voyçexovski, Avropa Komissiyasının kənd təsərrüfatı üzrə komissarı

Caspian Energy (CE): İqlim dəyişikliyi ilə əlaqədar olaraq, hazırda Avropa İttifaqının kənd təsərrüfatı sektoru hansı əsas problemlərlə üzləşir?

Avropa Komissiyasının kənd təsərrüfatı üzrə komissarı Yanuş Voyçexovski: İqlim dəyişikliyi artıq baş verir və fermerlərimiz onun nəticələrini birbaşa hiss edərək bu prosesin ön cəbhəsində yer alırlar. Mən şəxsən, məsələn, Yunanıstan, Sloveniya, İspaniya və İtaliyada fermerlərlə görüşlərim zamanı bu təsirlərin miqyasının şahidi olmuşam. 

Bir tərəfdən, xüsusilə Cənubi Avropada ciddi quraqlıq və meşə yanğınları problemi ilə üzləşirik. Digər tərəfdən, Avropanın şimal bölgələrində həddindən artıq yağıntılar müşahidə olunub. Bəzi ölkələrdə isə şaxtalar tərəvəz və meyvə bitkilərinə, eləcə də üzüm bağlarına ziyan vurub. Məhz buna görə də ekstremal hava hadisələrindən xüsusilə zərər çəkmiş Avstriya, Çexiya, Polşa və Portuqaliyaya kənd təsərrüfatı ehtiyatları fondunun vəsaitləri hesabına 77 milyon avro məbləğində maliyyə yardımı ayırmışıq.

Beləliklə, fəaliyyət göstərməyin və kənd təsərrüfatında daha dayanıqlı təsərrüfatçılıq üsullarına keçidi təşviq etməyin zəruriliyi şübhə doğurmur. Bu, fermer təsərrüfatlarının uzunmüddətli dayanıqlığını artırmaq üçün vacibdir.

Hazırkı Ümumi Kənd Təsərrüfatı Siyasətimiz (ÜKTS) tarixdə ən “yaşıl” siyasətdir. 2027-ci ilədək ÜKTS çərçivəsində iqlim, su ehtiyatları, torpaq, havanın keyfiyyəti, biomüxtəliflik və heyvanların rifahı üçün faydalı tədbirlərə təxminən 98 milyard avro vəsait yönəldiləcək. Bu, ümumi xərclərin 32%-ni təşkil edir. Həmin vəsait hesabına maliyyələşdirilən tədbirlər əsasən ekosxemlər və aqroekoloji proqramlar çərçivəsində həyata keçiriləcək. Onlar istixana qazları və ammonyak emissiyalarının azaldılmasına, eləcə də torpaqda karbonun tutulması həcminin artırılmasına yönələcək.

Bundan əlavə, ÜKTS-nin milli strateji planları çərçivəsində Avropa İttifaqı üzrə 176 608 fermer təsərrüfatının iqlim dəyişikliyi ilə bağlı tədbirlərə investisiya yatırmaq üçün maliyyə dəstəyi alacağı gözlənilir. Aİ-nin altı üzv dövləti emissiyaların azaldılması, qida maddələrinin itkisinin minimuma endirilməsi və peyindəki qida maddələrindən daha səmərəli istifadə məqsədilə heyvandarlıq sektorunu investisiyalar üçün prioritet istiqamət kimi müəyyən edib.

Bununla yanaşı, ÜKTS fermerlərə riskləri idarə etməkdə kömək edən geniş alətlər toplusunu nəzərdə tutur. Bu mexanizmlər milli maliyyələşdirmə hesabına da genişləndirilə bilər. Aİ-nin 15 üzv dövləti öz strateji planlarında bitkiçilik, heyvandarlıq və bağçılıq sahələrini əhatə edən risklərin idarə edilməsi alətlərini tətbiq edib.

Məsələn, Macarıstan müəyyən kənd təsərrüfatı bitkilərini hava şəraiti ilə bağlı risklərdən qorumaq üçün qarşılıqlı sığorta fondu yaradır. Yunanıstan isə məhsul itkisi halları üçün ÜKTS çərçivəsində sığorta mexanizmi tətbiq etməyi planlaşdırır.

Artıq qeyd etdiyim kimi, fermerlər iqlim dəyişikliyi ilə mübarizənin ön cəbhəsindədirlər. Lakin Avropa Komissiyasının və ÜKTS-nin dəstəyi ilə onlar bu mübarizədə uğur qazana bilərlər.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe