Dilinizi seçin

STATECRAFT
Azərbaycanla əməkdaşlığımızı genişləndirmək istərdik
Latviyanın sabiq Prezidenti Eqils Levits

Caspian Energy (CE): Cənab Levits, martın əvvəlində Azərbaycana baş tutmuş səfərin nəticələrini necə qiymətləndirirsiniz?
Latviya Respublikasının sabiq Prezidenti Eqils Levits: Latviya və Azərbaycan arasında möhkəm və sabit ikitərəfli münasibətlər formalaşıb və Latviya bütün səviyyələrdə siyasi dialoqun davam etdirilməsində maraqlıdır. İki ölkənin yerli hakimiyyət orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə artıq 14 müxtəlif saziş imzalanıb. Eyni zamanda, 2024-cü ildə Latviya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək.
Son illərdə Latviya ilə Azərbaycan arasında iqtisadi əlaqələr yüksəliş mərhələsindədir. Biz informasiya-kommunikasiya texnologiyaları, ağıllı energetika və yaşıl texnologiyalar kimi sahələrdə daha dərin əməkdaşlıq imkanlarını müzakirə etməyə hazırıq.
Digər əməkdaşlıq istiqaməti nəqliyyat və logistika sektorudur. Azərbaycan Avropa İttifaqının təbii qaz tədarükçülərinin və marşrutlarının şaxələndirilməsi səylərində əsas rol oynayır və bununla da Avropanın enerji müstəqilliyinin möhkəmləndirilməsinə töhfə verir. Biz bu əməkdaşlığı bərpa olunan enerji mənbələri sahəsinə də genişləndirmək istərdik.
Latviya NATO-nun Alyansla Azərbaycan arasında Sülh naminə Tərəfdaşlıq təşəbbüsü çərçivəsində getdikcə daha sıx əməkdaşlığını dəstəkləyən üzv dövlətlərindən biridir. Latviya 2024-cü ilə qədər Bakıda yerləşən səfirliyini Alyansın əlaqələndirici məntəqəsi kimi saxlamaq niyyətindədir.
Latviya beynəlxalq təşkilatların və qaydalara əsaslanan beynəlxalq nizamın möhkəmləndirilməsinə öz töhfəsini verməyə hazırdır – bu məqsədə həm Azərbaycanla birlikdə, həm də Latviyanın 2025-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına namizədliyinin hazırlanması prosesi çərçivəsində daha uğurla nail olmaq mümkündür.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe