Caspian Energy (CE): Cənab Prezident, G7, G20 və COP27 (11 noyabr, Misir) kimi qlobal forumların fəaliyyətini necə qiymətləndirirsiniz? Kiçik ölkələr planetin hər bir sakini üçün aktual olan müasir dünya nizamının qlobal problemlərinin həllində nə dərəcədə iştirak edirlər?
Sloveniya Respublikasının Prezidenti Borut Pahor: Qarşımızda duran heç bir çağırış, xüsusilə də bu gün üzləşdiyimiz çoxsaylı problemlər ayrı-ayrı ölkələrin təkbaşına səyləri ilə həll edilə bilməz. Biz birgə fəaliyyət göstərməliyik və çoxtərəfli münasibətlər sistemi ölçüsündən və imkanlarından asılı olmayaraq hər bir ölkə üçün həlledici əhəmiyyət daşıyır.
Sloveniya nə G7, nə də G20-nin üzvüdür. Bununla belə, bu kimi beynəlxalq platformalar çoxtərəfli əməkdaşlığın inkişafı və qlobal məsələlərin birgə müzakirəsi üçün mühüm imkanlar yaradır.
Digər tərəfdən, biz bir çox başqa forumlarda və beynəlxalq təşəbbüslərdə iştirak edirik. Şübhəsiz ki, bunlardan ən mühümlərindən biri COP27 iqlim konfransıdır. Bu tədbir dünyanın hər yerindən siyasi liderləri bir araya gətirir və iqlim dəyişikliyi probleminin, eləcə də onunla bağlı çağırışların həlli üçün zəruri olan siyasi iradənin mühüm göstəricisidir.
Sloveniyada BMT-nin əsasını təşkil etdiyi çoxtərəflilik prinsipinə qəti şəkildə inanırıq. Biz onun fəaliyyətində fəal iştirak edir və müxtəlif istiqamətlərdə töhfəmizi veririk. Hazırda 2024/25-ci illər üçün BMT Təhlükəsizlik Şurasına üzvlüyə namizəd ölkəyik. Əlbəttə, sizin ölkənizin də dəstəyinə ümid edirik.
Please login or subscribe to read the full article.
Login / Subscribe