Caspian Energy (CE): Cənab nazir, Norveç Avropa İttifaqının əsas neft və qaz istehsalçılarından və ixracatçılarından biridir. Maliyyə böhranına çevrilmə təhlükəsi olan hazırkı enerji böhranı barədə nə düşünürsünüz?
Norveçin neft və energetika naziri Terye Aasland: Norveç şirkətləri bazara mümkün qədər çox həcmdə neft və qaz tədarük etmək üçün əllərindən gələni edirlər. Hasilatın səviyyəsi sutkalıq maksimum gücə yaxındır.
Beləliklə, qısamüddətli perspektivdə hazırkı böhranın həllinə əsas töhfəmiz yataqların və müvafiq nəqli infrastrukturunun fasiləsiz istismar müddətini artırmaqla neft və qaz hasilatının mövcud yüksək səviyyəsini qorumaqdan ibarət olacaq. Bu, Norveçdə qaz istehsalçıları üçün prioritet vəzifədir və nazirlik də bu strategiyanı dəstəkləyir və təşviq edir.
Please login or subscribe to read the full article.
Login / Subscribe