Dilinizi seçin

OIL&GAS
Çoxtərəfli əməkdaşlıq heç vaxt indiki qədər vacib olmayıb
OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo

Caspian Energy (CE): COVID-19 pandemiyası dünya neft bazarını dəyişdirdimi? Əgər belədirsə, son iki ildə baş verən hadisələrdən hansı əsas nəticələri çıxarmaq olar?

OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo: Pandemiya hadisələri izləmək, vəziyyəti təhlil etmək və qərarlar qəbul etmək yanaşmamızı müxtəlif istiqamətlərdə dəyişdi. COVID-19-un təkcə yayılması deyil, həm də yerli, regional və qlobal səviyyələrdə lokdaun və məhdudiyyətlərin gözlənilməz və sporadik təsirləri daha diqqətli və qabaqlayıcı yanaşmanın zəruriliyini artırdı. Bu yanaşma Əməkdaşlıq Bəyannaməsinin (DOC) iştirakçılarının müntəzəm aylıq görüşlərində də özünü göstərirdi.

Bununla belə, ümumilikdə neft bazarındakı əsas dinamika əhəmiyyətli dərəcədə dəyişməyib və OPEC ilə Bəyannamə iştirakçılarının diqqəti dağıdıcı pandemiya şəraitində belə bazar balansının və sabitliyinin təmin edilməsinə yönəlməkdə davam edir.

Bundan əlavə, pandemiyanın nəticələri əməkdaşlığın əhəmiyyətini daha da artırdı. Pandemiyanın ilkin mərhələlərində əməkdaşlığın vacibliyi xüsusilə aydın şəkildə özünü göstərdi. Belə ki, həm istehsalçılar, həm də istehlakçılar, o cümlədən G20 çərçivəsində ən yüksək səviyyədə təmsil olunan ölkələr Əməkdaşlıq Bəyannaməsi çərçivəsində həyata keçirilən tədbirlərə dəstək vermək üçün bir araya gəldilər.

Geriyə nəzər saldıqda, qarşılaşdığımız bu dəhşətli vəziyyətin öhdəsindən beynəlxalq əməkdaşlığın prinsiplərinə və əsas müddəalarına sarsılmaz və uzunmüddətli sadiqlik nümayiş etdirməklə gələ bildiyimizi görürük.

Çoxtərəfli münasibətlər və əməkdaşlıq prinsiplərinin uzun tarixi var. Lakin gələcəyin əsaslarını yaratmağa və formalaşdırmağa çalışdığımız indiki dövrdə bu prinsiplər dünya üçün heç vaxt indiki qədər vacib olmayıb. Bu yanaşma qarşıdakı onilliklərdə həm mürəkkəb çağırış, həm də böyük imkan olacaq enerji keçidi prosesində də son dərəcə zəruri olacaq.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe