Dilinizi seçin

OIL&GAS
Neft sənayesi ekoloji cəhətdən dayanıqlı ola bilər
Norveçin neft və energetika naziri Tina Bru

Caspian Energy (CE): Bu yaxınlarda Norveçin Baş naziri xammalın hasilatı və emalı nəticəsində yaranan karbonun tutulması və saxlanılması layihəsinin işə salındığını elan edib. Sizcə, iqlim istiləşməsindən sonra ekologiyanın qorunması, olduqca həssas ekosistemə malik bu nəhəng hövzənin mühafizəsi məqsədilə Arktikanın şimal enliklərində neft hasilatını tamamilə qadağan etmək mümkündürmü?

Norveçin neft və energetika naziri Tina Bru: Norveçdə neft-qaz fəaliyyətləri zaman keçdikcə daha şimal ərazilərə doğru genişlənib. Ən az araşdırılmış sahələrimiz Barens dənizində yerləşir və ehtimal olunan, lakin hələ təsdiqlənməmiş resurslarımızın böyük hissəsi məhz burada cəmləşib.

Barens dənizində 40 illik neft fəaliyyəti göstərib ki, bu ərazilərdə ehtiyatlı, təhlükəsiz və dayanıqlı neft hasilatı həyata keçirmək, eyni zamanda okeanın əlverişli ekoloji vəziyyətini qorumaq tamamilə mümkündür. Norveçdə neft sənayesinin tarixi də göstərir ki, gəlirli neft sənayesinin mövcudluğu ilə okeanın yaxşı ekoloji vəziyyətinin qorunması arasında heç bir ziddiyyət yoxdur.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe