Caspian Energy (CE): Özbəkistan Respublikasında 2035-ci ilədək nəqliyyatın inkişafı üzrə hazırlanmaqda olan Strategiyada hansı əsas istiqamətlər öz əksini tapacaq?
Özbəkistan Baş nazirinin birinci müavini, nəqliyyat naziri Açılbay Ramatov: Nəqliyyat Nazirliyi tərəfindən Özbəkistanın nəqliyyat sisteminin 2035-ci ilədək inkişafı Strategiyasının layihəsinin və onun həyata keçirilməsi üzrə yol xəritəsinin hazırlanması başa çatdırılır. Strategiya layihəsində Özbəkistan Respublikasının nəqliyyat sisteminin inkişafı ilə bağlı əsas problemlər və onların həlli yolları müəyyənləşdirilib. Bunlara institusional, qanunvericilik, sosial, ekoloji, logistika, kadr məsələləri, təhlükəsizlik, nəqliyyat xidmətlərinin göstərilməsinin keyfiyyətinin aşağı səviyyədə olması və digər problemlər daxildir.
Bu problemlərin həlli məqsədilə aşağıdakı hədəflər müəyyənləşdirilib: vahid milli nəqliyyat siyasətini formalaşdıran və həyata keçirən institutların səmərəliliyinin artırılması; əhali üçün nəqliyyat xidmətlərinin keyfiyyətinin və əlçatanlığının təmin edilməsi; səmərəli nəqliyyat və logistika infrastrukturunun qabaqlayıcı inkişafı, beynəlxalq nəqliyyat dəhlizlərinə fəal inteqrasiya vasitəsilə ölkənin nəqliyyat-tranzit potensialının reallaşdırılması.
Bundan əlavə, nəqliyyat sistemində yüksək səviyyədə təhlükəsizliyin təmin edilməsi, nəqliyyatın ekoloji dayanıqlılığının artırılması və yaşıl nəqliyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, nəqliyyat sistemində innovasiyaların tətbiqinin genişləndirilməsi, nəqliyyat sektorunun sürətli rəqəmsallaşdırılması və digər istiqamətlər nəzərdə tutulur.
Ümumilikdə, Strategiya layihəsində 2035-ci ilədək nəqliyyat sisteminin inkişafına baza və innovativ yanaşmaların tətbiqi nəzərdə tutulur.
Please login or subscribe to read the full article.
Login / Subscribe