Dilinizi seçin

FINANCE
Hər bir ölkə qonşu ölkələrlə müqayisədə xarici dünya ilə daha çox ticarət edir
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti

Caspian Energy (CE): Cənab Çakrabarti, yaz aylarında Azərbaycana, Qazaxıstana və Türkmənistana səfər etdiniz. Səfərin nəticələrindən razısınızmı və regionda hansı maliyyələşdirmə layihələri AYİB üçün daha çox kapitaltutumlu, bu ölkələrin iqtisadiyyatları üçün isə sistem əhəmiyyətli hesab olunur?
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti: Bu, çox uğurlu səfər oldu. Mərkəzi Asiya və Qafqaz AYİB üçün çox mühüm regionlardır. Mən və komandam Türkmənistana səfərdən sonra mayın 24–25-də Bakıda olduq, daha sonra isə Qazaxıstana yollandıq. Hər üç ölkədə prezidentlərlə, yüksək vəzifəli dövlət rəsmiləri və AYİB-in müştəriləri, eləcə də diplomatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşdüm.
Qazaxıstanda Astana İqtisadi Forumunda çıxış etdim. Burada AYİB-dən daha altı məruzəçi də müxtəlif məsələlərlə bağlı öz fikirlərini təqdim etdi. Həmçinin Qazaxıstan Respublikasının Prezidenti yanında Xarici İnvestorlar Şurasının iclasına həmsədrlik etdim.
Biz, eləcə də AYİB-in səhmdar ölkələri və institutları hesab edirik ki, bankın regionda mühüm rolu var. AYİB Mərkəzi Asiyada kreditləşməni artıraraq 2015-ci ildə layihələr üçün 1,4 milyard avro həcmində maliyyələşdirmə təmin edib. Ötən il Azərbaycana təxminən 270 milyon avro investisiya yatırmışıq. Hazırda AYİB-in Azərbaycandakı ümumi investisiyalarının həcmi 2,5 milyard avroya çatıb, cari portfelimizin həcmi isə 1 milyard avrodan bir qədər çoxdur.
Biz əsasən özəl sektorun layihələrinə investisiya yatırırıq (Azərbaycanda 55%) və Azərbaycandakı 162 layihəmizin böyük əksəriyyəti kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) maliyyələşdirmə və məsləhət xidmətləri təqdim edib.
Vurğulamaq vacibdir ki, kiçik və orta biznesin inkişafına böyük həcmdə vaxt və səylər sərf edirik. Burada ayrı-ayrı kreditlərin həcmi kiçik olsa da, komandalarımızın sərf etdiyi səylər mətbuatda geniş işıqlandırılan daha iri layihələrə yönəldilən səylərlə müqayisə edilə biləcək səviyyədədir.
Lakin kapitaltutumlu layihələrdən danışarkən qeyd etmək lazımdır ki, Xəzər regionunda onlar əsasən enerji və təbii ehtiyatlar sektorlarında cəmləşib. Bu layihələr enerji strukturunun, eləcə də enerji təchizatı marşrutlarının və mənbələrinin şaxələndirilməsinə töhfə verir.
Hazırda "Cənub Qaz Dəhlizi" layihəsinə konkret olaraq necə dəstək göstərə biləcəyimizi nəzərdən keçiririk. Məqsəd Xəzər regionunun enerji resurslarının Türkiyə ərazisindən keçməklə Avropaya nəqlini təmin etməkdir. AYİB bu layihənin tərkib hissəsi olan Trans-Adriatik qaz kəmərinin dəstəklənməsi məqsədilə kommersiya banklarının iştirakı ilə əhəmiyyətli həcmdə sindikatlaşdırılmış maliyyələşdirmə paketi təşkil edə bilər.
Hazırda layihənin digər hissəsi olan Trans-Anadolu qaz kəmərinin tikintisinin maliyyələşdirilməsi imkanlarını da nəzərdən keçiririk.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe