Dilinizi seçin

FINANCE
Monakonun iqtisadi və maliyyə sabitliyinin əsas amili siyasi sabitlikdir
Monako Knyazlığının maliyyə və iqtisadiyyat naziri Jan Kastellini

Caspian Energy (CE): Cənab Kastellini, Monakonun və ümumilikdə Fransanın hazırkı maliyyə-iqtisadi sabitlik səviyyəsini necə qiymətləndirirsiniz?
Monako Knyazlığının maliyyə və iqtisadiyyat naziri Jan Kastellini: 2012-ci ildən etibarən dövlət büdcəsi bir neçə il davam edən kəsirdən sonra yenidən müsbət saldo ilə başa çatdırılıb. 2015-ci ilin ilkin büdcəsi də bu qaydadan istisna deyil və artıma əhəmiyyətli qayıdışı ifadə edir. Belə ki, son 20 ildə ilk dəfə büdcə profisitlə tərtib olunub.
Əslində, Monako Knyazı II Albert həzrətlərinin hökuməti üçün müəyyən etdiyi fəaliyyət planı sayəsində Monako artıq üç ildir ki, qənaətcil büdcə siyasəti həyata keçirir.

Qeyd etmək lazımdır ki, bu məqsədə ölkənin maliyyə baxımından cəlbediciliyinin və həm bu gün, həm də gələcəkdə əhalinin rifahının təmin edilməsi üçün zəruri olan kapital qoyuluşlarından, xüsusilə daşınmaz əmlaka yatırımlardan imtina etmədən nail olmaq mümkündür. Eyni zamanda, Monakonun sosial-iqtisadi modelinə zərər vurmamaq məqsədilə təhlükəsizlik, təhsil, səhiyyə və sosial sahə kimi bir sıra əsas sektorların büdcələrinin azaldılmasına yol verilməyib.
Bununla yanaşı, dövlətin cəlbediciliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər gəlirlərin yüksəlməsinə imkan verib. Hətta tarixi rekord bir neçə dəfə yenilənib və 2014-cü ildə ilk dəfə olaraq gəlirlər üzrə 1 milyard avroluq simvolik hədd aşılıb.
Beləliklə, hesab edirəm ki, Monakonun hazırkı iqtisadi və maliyyə sabitliyi səviyyəsi kifayət qədər qənaətbəxşdir. Xüsusilə nəzərə alsaq ki, yuxarıda qeyd olunan nəticələrlə yanaşı, Monakonun heç bir borcu yoxdur və dövlətin ehtiyat fondu əla vəziyyətdədir. Son bir neçə il ərzində bu fond yuxarıda qeyd olunan müsbət büdcə göstəriciləri, eləcə də həyata keçirilmiş investisiyalardan əldə olunan gəlirlər hesabına əhəmiyyətli dərəcədə artıb.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe