Caspian Energy (CE): Anatoli Mixayloviç, tikinti sənayesinin inkişafı ilə bağlı qlobal tendensiyaları necə qiymətləndirirsiniz və bu tendensiyalar Ukraynanın tikinti sektorunun inkişafında necə əks olunur? Dünya böhranı ölkənin tikinti sektorunun inkişafına necə təsir göstərib?
Ukraynanın regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Anatoli Bliznyuk: Maliyyə böhranı şəraitində tikinti sənayesinin inkişafı ilə bağlı qlobal tendensiyalar, ilk növbədə, bizi tikinti materiallarının daxili istehsal bazarını fəal şəkildə inkişaf etdirməyə sövq edir. Əgər ölkəmizin tələbatını öz gücümüz hesabına ödəyə bilsək, iri infrastruktur obyektlərinin tikintisinə dövlət vəsaitlərini daha inamla yönəldə biləcəyik.
Ukraynada həyat təminatı sistemlərinin və nəqliyyat infrastrukturunun yenilənməsinə, eləcə də müasir ekoloji tələblər nəzərə alınmaqla yeni sənaye obyektlərinin tikintisinə ehtiyac var.
Güclü xammal bazasına malikik. Buna görə də tikinti materiallarının daxili istehsalının inkişafı konsepsiyası ölkəmizin infrastrukturunun uğurlu modernləşdirilməsi üçün əsas vəzifədir. Tikinti materialları istehsal edən Ukrayna müəssisələrinin yerləşdirilməsi üçün mühəndis-kommunikasiya infrastrukturu ilə təmin olunmuş ərazilərin axtarışı daim davam edir.
Vəzifəmiz Ukrayna istehsalı olan tikinti materiallarını idxal olunan məhsullardan daha ucuz və keyfiyyətli etməkdir. Bunun nəticəsi olaraq, hazırda ixracın idxalı üstələməsi istiqamətində artım dinamikası müşahidə olunur.
CONSTRUCTION
Ukraynada tikinti daha sadə, sürətli və ucuz olub
Ukraynanın regional inkişaf, tikinti və mənzil-kommunal təsərrüfatı naziri Anatoli Bliznyuk
26 Oktyabr 2012