Dilinizi seçin

INDUSTRY
Biz Orta Dəhlizin inkişafını dəstəkləyirik
Çexiyanın sənaye və ticarət naziri Lukaş Vlçek

Caspian Energy (CE): Çexiyada sənaye artımının və innovasiyaların stimullaşdırılması sahəsində rəhbərlik etdiyiniz nazirliyin əsas prioritetləri nələrdir?

Çexiya Respublikasının sənaye və ticarət naziri Lukaş Vlçek: Sənaye və Ticarət Nazirliyinin qarşıya qoyduğu əsas məqsəd Çexiyanı qabaqcıl sənaye, təmiz texnologiyalar və rəqəmsal innovasiyalar sahəsində Avropanın aparıcı mərkəzlərindən birinə çevirməkdir. Gələcəyə hesablanmış bu strategiyanın əsasını ölkənin qabaqcıl texnoloji istiqamətlərinə və regional üstünlüklərinə diqqət yetirən Ağıllı İxtisaslaşma Strategiyası təşkil edir. Bu yanaşma məqsədyönlü və yüksək səmərəli iqtisadi artım üçün zəmin yaradır. Milli plan Çexiyanın elmi potensialına və sənaye təcrübəsinə əsaslanaraq innovativ inkişafı, enerji dayanıqlılığını və qlobal rəqabət qabiliyyətini əsas prioritetlər kimi müəyyənləşdirir.

Çexiya innovasiyaları təşviq etməklə, rəqəmsal texnologiyaları tətbiq etməklə və "yaşıl" keçidi dəstəkləməklə özünü Avropada sənaye transformasiyasının lideri kimi mövqeləndirir. Qarşımızda duran vəzifə olduqca aydındır: daha ağıllı, ekoloji cəhətdən dayanıqlı və qlobal bazarda uğurla rəqabət apara bilən iqtisadiyyat formalaşdırmaq. Elmi tədqiqatlara və innovasiyalara investisiyaların artırılması, sahibkarlığın təşviqi, eləcə də süni intellekt, kvant texnologiyaları və yarımkeçiricilər kimi əsas sənaye sahələrinə və strateji texnologiyalara məqsədyönlü dəstəyin göstərilməsi vasitəsilə uzunmüddətli və dayanıqlı sənaye artımı üçün əlverişli şərait yaradırıq. Çexiya sənayesi sadəcə gələcəyə uyğunlaşmır — biz gələcəyi fəal şəkildə formalaşdırırıq.

Sənaye strategiyasını Ağıllı İxtisaslaşma prinsipləri ilə uzlaşdıran və süni intellekt, yarımkeçiricilər və kvant texnologiyaları kimi strateji texnologiyaları dəstəkləyən Çexiya Avropanın sənaye inkişafının növbəti mərhələsinə liderlik etməyə hazırdır. Məqsədimiz bu inkişaf mərhələsini əvvəlkindən daha ekoloji, daha ağıllı və daha innovativ etməkdir. Plan milli və Avropa resursları, o cümlədən "TAK Əməliyyat Proqramı" ("Rəqabətqabiliyyətlilik üçün Texnologiyalar və Tətbiqlər"), Milli Bərpa Planı və Ağıllı İxtisaslaşma Strategiyası çərçivəsində ayrılan maliyyə vəsaitləri hesabına həyata keçirilir. Bütün bunlar Mərkəzi Avropada ən kompleks sənaye transformasiyalarından birinin formalaşmasına imkan yaradır.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe