Dilinizi seçin

TRANSPORT
Çexiyanın Avropanın əsas logistika qovşağına çevrilmək üçün unikal imkanı var
Çexiya Respublikasının Nəqliyyat naziri Martin Kupka

Caspian Energy (CE): Hazırkı mərhələdə Çexiyanın nəqliyyat sektorunun inkişafını müəyyən edən əsas prioritetlər hansılardır?
Çexiya Respublikasının Nəqliyyat naziri Martin Kupka: Nəqliyyat Nazirliyinin prioritetləri nəqliyyat infrastrukturunun modernləşdirilməsi, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, rəqəmsallaşma və dayanıqlı mobilliyin inkişafıdır. Biz "əsas avtomobil yolları şəbəkəsi"nin formalaşdırılmasını başa çatdırmağa və onu qonşu ölkələrin şəbəkələri ilə inteqrasiya etməyə çalışırıq. Bununla da son onilliklər ərzində yaranmış geriliyi aradan qaldırmağı hədəfləyirik.
Dəmir yolu sahəsində həm infrastrukturun, həm də hərəkət heyətinin modernləşdirilməsini başa çatdırmağı, istismar təhlükəsizliyinin səviyyəsini, o cümlədən ümumavropa siqnalizasiya sisteminin tətbiqi hesabına yüksəltməyi, əsas dəhlizlərin buraxılış qabiliyyətini artırmağı və yüksək sürətli dəmir yolları şəbəkəsinin yaradılması üçün zəmin hazırlamağı planlaşdırırıq.
Müxtəlif nəqliyyat növlərinin inteqrasiyası da mühüm istiqamət olaraq qalır. Buraya, xüsusilə, multimodal terminalların yaradılması, yeni parklanma sistemlərinin və marşrutların planlaşdırılması üçün rəqəmsal alətlərin tətbiqi daxildir. Bütün bunlar daha səmərəli və ekoloji baxımdan dayanıqlı sərnişin və yük daşımalarının təmin edilməsinə imkan verəcək.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe