Dilinizi seçin

ECONOMY
Cənubi Afrika Respublikası onunla işləmək istəyən hər kəs üçün etibarlı ticarət tərəfdaşı olaraq qalır
Cənubi Afrika Respublikasının Ticarət, Sənaye və Rəqabət naziri Mfo Parks Franklin Tau

Caspian Energy (CE): Cənubi Afrika Respublikasında xarici investisiyaların cəlb edilməsi və sənaye inkişafının təşviqi məqsədilə hansı strategiyalar həyata keçirilir?

Mfo Parks Franklin Tau, Cənubi Afrika Respublikasının Ticarət, Sənaye və Rəqabət Naziri: Cənubi Afrika Respublikası fəal xarici və daxili investisiyaların cəlb edilməsi kampaniyasını həyata keçirir. Biz təxminən 700 milyard rand dəyərində investisiya layihələri toplusu (layihə kitabı) hazırlamışıq. Bu kitab canlı sənəddir və istənilən vaxt yenilənə bilər. Biz iqtisadiyyatımızda artıma təkan verəcəyinə inandığımız əsas investisiya sektorlarını müəyyən etmişik. Bunlara, digərləri ilə yanaşı, yaşıl hidrogen, bərpa olunan enerji, əczaçılıq və infrastrukturlar daxildir.
Hazırda investisiyalara mane olan və bürokratik prosedurları artıran tənzimləyici maneələri müəyyən etmək və aradan qaldırmaq məqsədilə qanunvericilik prosesi həyata keçiririk. Ümid edirik ki, bu, Cənubi Afrikada biznes fəaliyyətinin həyata keçirilməsi prosesini asanlaşdıracaq.
Biz İnkişaf üzrə Maliyyə Təşkilatlarımızı mövqeyini yenidən müəyyənləşdirərək onları sənaye artımının və iqtisadi inkişafın aparıcı qüvvələrinə çevirməyə, uzunmüddətli uğur potensialına malik yeni sənaye sahələri yaratmağa və onları dəstəkləməyə çalışırıq. Bu iş Cənubi Afrika iqtisadiyyatının gələcək çağırışlara davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Biz həmçinin rəqəmsal iqtisadiyyatı sənayeləşmə səylərimizin mühüm tərkib hissəsi kimi müəyyən etmişik. Buraya Rəqəmsal Dövlət İnfrastrukturunun tətbiqi və istehsal proseslərində ağıllı texnologiyalardan istifadə daxildir.
Cənubi Afrika biznes üçün açıqdır.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe