Caspian Energy (CE): Mərakeşin qısamüddətli və ortamüddətli perspektivdə enerji keçidi strategiyasının əsas prioritetləri hansılardır?
Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri Leyla Benali: 20 ildən artıqdır ki, Mərakeş enerji keçidini iqtisadi artım və dayanıqlı inkişaf strategiyasının mərkəzinə qoyur. Əlahəzrət Kral VI Məhəmmədin strateji göstərişlərinə əsaslanan ölkə bərpa olunan enerji, enerji səmərəliliyi, daxili resurslardan istifadə və regional inteqrasiyaya yönəlmiş kompleks milli strategiya həyata keçirib.
Səmərəli proqramlar və institusional islahatlar sayəsində Mərakeş karbohidrogen idxalından tam asılılıqdan bərpa olunan enerji istehsalında lider mövqeyə keçid edib. Milli məqsəd 2030-cu ilədək elektrik enerjisinin quraşdırılmış gücünün 52 faizindən çoxunun bərpa olunan enerji mənbələrinin payına düşməsini təmin etməkdir ki, bu da təmiz enerjiyə doğru tarixi dönüşə yol açacaq.
Bu məqsədə nail olmaq üçün Mərakeş enerji sektorunun idarə olunmasının institusional islahatlar vasitəsilə gücləndirilməsi, bərpa olunan enerjiyə investisiyaların dörd dəfə artırılması və dəyişkən bərpa olunan enerji mənbələrindən əldə olunan elektrik enerjisinin sistemə inteqrasiyası üçün elektrik şəbəkələrinin çevikliyinin artırılması da daxil olmaqla, əsas tədbirləri həyata keçirir. Eyni zamanda, illik investisiyaların beş dəfə artacağı gözlənilir. Bundan əlavə, elmi-tədqiqat və innovasiya fəaliyyəti vasitəsilə yerli sənaye inteqrasiyasının təşviqi, eləcə də özəl investisiyaların cəlb edilməsi və sektorda baş verən dəyişikliklərə uyğunlaşmaq üçün hüquqi bazanın daim təkmilləşdirilməsi istiqamətində addımlar atılır.
Please login or subscribe to read the full article.
Login / Subscribe