Caspian Energy (CE): Qvineya-Bisaunun hazırkı ekoloji siyasətinin əsas prioritetləri hansılardır?
Qvineya-Bisaunun ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soareş Kassama: Qvineya-Bisaunun ekoloji siyasəti üç əsas istiqamət – iqlim dayanıqlığının artırılması, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf üzərində qurulub. Prioritetlərimizə meşələrin bərpası proqramları və torpaq ehtiyatlarının dayanıqlı idarə olunması vasitəsilə meşələrin qırılması ilə mübarizə; ölkə ərazisinin 25 faizindən çox hissəsini manqrov meşələri və bataqlıq ərazilərin təşkil etdiyini nəzərə alaraq, dəniz və sahilyanı ekosistemlərin qorunması; xüsusilə Qlobal Plastik Sazişi üzrə danışıqlara sadiqliyimizə uyğun olaraq tullantıların idarə edilməsi sisteminin, o cümlədən plastiklə çirklənməyə nəzarətin gücləndirilməsi; sahilyanı ərazilərin qorunması məqsədilə sahil eroziyasının qarşısının alınması; biokütlə və qalıq yanacaqlardan asılılığın azaldılması məqsədilə bərpa olunan enerjinin inkişafının təşviqi; həmçinin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin kənd təsərrüfatına və su ehtiyatlarının idarə olunmasına inteqrasiyası daxildir.
Bu səylər Paris Sazişinə uyğun olaraq Milli Uyğunlaşma Planımız (NAP) və milli səviyyədə müəyyən edilmiş töhfələrimiz (NDC) çərçivəsində həyata keçirilir.
Please login or subscribe to read the full article.
Login / Subscribe