Dilinizi seçin

TRANSPORT
Elektrik avtomobilləri və bioyanacaq emissiyaların azaldılmasında əsas rol oynayıb
İrlandiyanın Nəqliyyat naziri Darraq O’Brayen

Caspian Energy (CE): İrlandiyanın nəqliyyat sektorunda karbon emissiyalarının azaldılması istiqamətində son dövrdə həyata keçirilən hansı tədbirlər və ya təşəbbüslər daha effektiv olub?
İrlandiyanın İqlim, Energetika və Ətraf Mühit naziri, Nəqliyyat naziri Daraq O’Brayen: İrlandiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) iyulun əvvəlində istixana qazları (İQ) emissiyaları ilə bağlı ilkin məlumatları açıqlayıb. Məlumatlar göstərir ki, hazırda nəqliyyat sektorunda emissiyalar pandemiyadan əvvəlki səviyyədən 5,4 faiz aşağıdır. 2024-cü il isə COVID-19 pandemiyasından sonra nəqliyyat sektorunda emissiyaların azaldığı ilk il olub.
2024-cü ildə daxili nəqliyyatdan yaranan emissiyalar 11,65 milyon ton CO₂ ekvivalenti təşkil edib. 2023-cü ildə bu göstərici 11,79 milyon ton CO₂ ekvivalenti olub ki, bu da illik müqayisədə 1,2 faiz azalma deməkdir. Bu nəticə 2024-cü ildə dəyişdirilmiş daxili tələbatın (MFDD) 2,7 faiz səviyyəsində iqtisadi artım fonunda və 2024-cü ilin aprel ayına olan məlumata görə əhalinin sayının 1,9 faiz artdığı şəraitdə əldə olunub. Bu isə iqtisadi artım və nəqliyyat emissiyalarının dinamikası arasında tam ayrışmanın baş verdiyini göstərir.
2023-cü ildən 2024-cü ilə qədər nəqliyyat emissiyalarının azalması həmçinin onu göstərir ki, nəqliyyat sektorunda emissiyalar pik həddinə çatmış ola bilər. Bu, son illərdə tətbiq edilən tələbatın idarə olunması və dekarbonizasiya tədbirlərinin müsbət təsirini təsdiqləyir. Bununla yanaşı, bioyanacaq və elektrik nəqliyyatından istifadənin artması emissiyaların azalmasında əsas amillərdən biridir.
Elektrik avtomobilləri emissiyaların azaldılmasında mühüm rol oynayır. Hazırda İrlandiya yollarında 171 mindən çox elektrik avtomobili var və ölkə 2025-ci ilin sonunadək 195 min elektrik avtomobilinə nail olmaq hədəfinə doğru irəliləyir. 2025-ci ildə elektrik avtomobillərinin tətbiqi uğurla davam edir və qeydiyyat göstəricilərinin dinamikası hər ay davamlı artım nümayiş etdirir.
Bioyanacaqdan istifadə 2024-cü ildə emissiyaların 1 milyon ton CO₂ ekvivalenti həcmində azalmasına imkan verib və ağır nəqliyyat sektorunun qısamüddətli karbonsuzlaşdırmanın əsas amillərindən biri olaraq qalmaqda davam edir.
İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayında da əhəmiyyətli artım müşahidə olunur. 2024-cü ildə 343,6 milyondan çox səfər həyata keçirilib, 2020-ci ildən etibarən isə 160-dan çox yeni və ya təkmilləşdirilmiş marşrut istifadəyə verilib.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe