Dilinizi seçin

ENERGY
COP30-da Braziliyanın sədrliyi qərarların icrasını diqqət mərkəzinə çıxarır
BEA-nın icraçı direktoru Fatih Birol

Caspian Energy (CE): Cənab Birol, COP29-un nəticələri ilə bağlı təəssüratlarınız necədir və bu nəticələr gələcəkdə qlobal enerji mənzərəsinin formalaşmasına necə təsir göstərəcək?

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol: COP29 çərçivəsində ölkələr COP28-də qəbul edilmiş əsas enerji öhdəliklərini inkişaf etdirmək üçün mühüm imkan əldə etdilər. Onların uğurla həyata keçirilməsinə dəstək olmaq məqsədilə BEA aktual enerji məlumatları, analitik materiallar və siyasət üzrə tövsiyələr təqdim etdi, həmçinin COP29-a Azərbaycan sədrliyi ilə tərəfdaşlıq çərçivəsində enerji keçidi üzrə Yüksək Səviyyəli Dialoqların ikinci mərhələsini keçirdi. Bu mühüm görüşlər dövlət qurumlarının, sənayenin və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirərək Bakı Sammiti öncəsi əsas məsələlər üzrə konsensusun formalaşmasına kömək etdi.

Dialoqlar COP29-un enerji saxlanc sistemləri və elektrik şəbəkələrinin inkişafı sahəsində Qlobal Öhdəliyinin formalaşdırılmasına həlledici təkan verdi. Ölkələr 2030-cu ilədək elektrik enerjisi sektorunda 1500 giqavat enerji saxlama gücünün tətbiq edilməsi, həmçinin 25 milyon kilometr elektrik ötürücü xəttin tikilməsi və ya modernləşdirilməsi ilə bağlı kollektiv məqsədi dəstəklədilər. BEA-nın təhlilinə əsasən, bu, COP28-də müəyyən edilmiş 2030-cu ilədək qlobal bərpa olunan enerji güclərinin üç dəfə artırılması məqsədinə nail olmaq, eləcə də elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək üçün zəruri şərtdir.

Ölkələrin formalaşmaqda olan və inkişaf etməkdə olan iqtisadiyyatlarda təmiz enerjiyə investisiyaların sürətləndirilməsi məqsədilə maliyyələşməni artırmaq öhdəliyi götürməsi də ümidvericidir. Bu mövzuda apardığımız genişmiqyaslı təhlillərə əsaslanaraq, BEA COP30-a qədər qarşıya qoyulmuş məqsədə nail olmaq üçün yol xəritəsinin hazırlanmasına yönəlmiş səyləri dəstəkləyir. Məlumatlarımız göstərir ki, emissiyaların azaldılması ilə bağlı qlobal hədəflərə nail olmaq üçün bu iqtisadiyyatlarda təmiz enerjiyə investisiyaların həcmi növbəti onillik ərzində altı dəfə artırılmalıdır.

COP28 və COP29 çərçivəsində qəbul edilmiş öhdəliklər qlobal enerji mənzərəsini köklü şəkildə dəyişdirə bilər. Lakin çox şey bu vədləri real fəaliyyətə çevirmək üçün məhz indi atılacaq addımlardan asılı olacaq.

 

This article is for subscribers only

Please login or subscribe to read the full article.

Login / Subscribe