Super User

Super User

Состоялась встреча министра энергетики Азербайджана Парвиза Шахбазова с министром окружающей среды, биоразнообразия и борьбы с изменением климата Гвинеи-Бисау Вириату Луисом Соарешом Кассамой.

На встрече был проведен обмен мнениями о трансграничных проектах Азербайджана в сфере нефти и газа и возобновляемых источников энергии, развитии потенциала зеленой энергетики, а также планах по улучшению энергоснабжения Гвинеи-Бисау.

Министр Гвинеи-Бисау подчеркнул, что богатый опыт Азербайджана в энергетической сфере будет полезен для его страны. Была выражена заинтересованность в сотрудничестве по таким направлениям, как реализация проектов в сферах нефти, газа и возобновляемых источников энергии, обмен опытом и знаниями в области регулирования энергетических вопросов, содействие подготовке кадров. В этой связи была достигнута договоренность о подготовке дорожной карты для установления отношений сотрудничества, а также о проведении встреч и семинаров между экспертами. Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Министерство энергетики.

Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama arasında görüş olub.

Görüşdə Azərbaycanın neft-qaz və bərpa olunan enerji üzrə transsərhəd layihələri və “yaşıl enerji” potensialının inkişafı, eləcə də Qvineya-Bisaunun enerji təminatının yaxşılaşdırılması planları ilə bağlı fikir mübadiləsi aparılıb.

Qvineya-Bisaulu nazir Azərbaycanın enerji sahəsində zəngin təcrübəsinin ölkəsi üçün faydalı olacağını vurğulayıb. Neft-qaz, bərpa olunan enerji layihələrinin həyata keçirilməsi, enerji məsələlərinin tənzimləməsi istiqamətləri üzrə təcrübə və bilik mübadiləsi və kadr hazırlığına dəstək istiqamətlərində əməkdaşlığa maraq ifadə edilib. Bu xüsusda əməkdaşlıq əlaqələrinin qurulması üçün yol xəritəsinin hazırlanması, ekspertlər arasında görüşlərin və seminarların keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Президент Кыргызской Республики Садыр Жапаров сегодня, 30 мая, в рамках рабочего визита в Республику Казахстан, на полях Первого саммита «Центральная Азия – Италия», встретился с Председателем Совета Министров Италии Джорджей Мелони.

Обсуждены ключевые направления двустороннего взаимодействия, включая расширение торгово-экономических связей, привлечение инвестиций, развитие партнёрства в сферах энергетики, транспорта, водного сотрудничества, а также цифровой трансформации.

В ходе встречи состоялось подписание Соглашения между Кыргызской Республикой и Итальянской Республикой о поощрении и защите инвестиций.

Соглашение открывает новые перспективы для активизации взаимодействия между деловыми кругами, а также укрепления партнёрства в сфере экономики и инвестиций между двумя странами. Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Официальный веб-сайт Президента Республики Кыргызстан.

 

    

Президент Кыргызской Республики Садыр Жапаров 28 мая принял Постоянных представителей ряда иностранных государств при Организации Объединенных Наций.

Садыр Жапаров, приветствуя представителей Анголы, Белиза, Конго, Ганы, Кении, Мальты, Маврикия, Мозамбика, Науру, Папуа - Новой Гвинеи, Сент - Люсии, Руанды, Сенегала подчеркнул важность укрепления роли ООН как ключевого механизма международного сотрудничества и платформы для коллективного реагирования на глобальные вызовы.

Особое внимание Президент уделил проблемам изменения климата, назвав их угрозой не только для окружающей среды, но и для глобальной безопасности.

В ходе встречи Постоянные представители выразили признательность за теплый прием и высоко оценили вклад Кыргызстана в деятельность ООН, отметив, что страна демонстрирует активную позицию по ключевым глобальным вопросам, включая противодействие общим угрозам безопасности, устойчивое развитие и охрану биоразнообразия.

Об этом сообщает "Caspian Energy Media" со ссылкой на Официальный веб-сайт Президента Республики Кыргызстан.

 

 

 2025-ci ilin 26–27 may tarixlərində azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti "Caspian Energy Club"ın rəhbərliyi ilə Mangistau vilayətinə işgüzar səfər etmişdir. Səfərin əsas məqsədi Azərbaycan və Qazaxıstan arasında ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirməsi və regional biznes əlaqələrinin inkişaf etdirilməsi olmuşdur.

 Səfərin ilk günü "Aktau Dəniz Limanı" Azad İqtisadi Zonasının ərazisinə tanışlıq ziyarəti ilə başlamışdır. Görüş çərçivəsində Azad İqtisadi Zonanın rəhbərliyi tərəfindən zonanın investisiya potensialı və prioritet inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim edilmişdir. Qonaqlar limanın logistika imkanları və ərazidəki xidmətlərlə yaxından tanış olmuşlar.

 Daha sonra Aktau Topdansatış Dağıtım mərkəzi ziyarət edilmiş, burada ticarət dövriyyəsinin təşkili, mərkəzin regionun ərzaq təhlükəsizliyindəki rolu, eləcə də Azərbaycan təchizatçıları ilə mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

 Həmin gün nümayəndə heyətinin üzvləri Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlının dəvəti ilə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmişlər. Tədbir çərçivəsində nümayəndə heyəti Mangistau vilayətində fəaliyyət göstərən azərbaycanlı sahibkarlar və diaspora nümayəndələri ilə tanış olmuş, onların fəaliyyət istiqamətləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında səmərəli fikir mübadiləsi aparmışdır.

 Səfərin ikinci günü nümayəndə heyəti Kurık limanına baş çəkmişdir. Görüş zamanı limanın rəhbəri limanın inkişaf planları və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat vermişdir.

 Ardınca səfər iştirakçıları "Kaspiy" Sosial Sahibkarlıq Korporasiyasında təşkil olunmuş B2B formatlı işgüzar görüşdə iştirak etmişlər. Tədbir zamanı hər iki ölkənin iş adamları arasında məhsuldar fikir mübadiləsi aparılmış, əməkdaşlıq üçün maraq doğuran istiqamətlər və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunnuşdur. Ondan artıq Qazaxıstan şirkəti Azərbaycan bazarına daxil olmaq və qarşılıqlı layihələrdə iştirak etmək niyyətini ifadə etmişdir.

 Daha sonra “Caspian Energy Club”ın nümayəndə heyəti Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıyla görüşdə iştirak etmişdir. Görüş zamanı Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunmuş, biznes mühitinin yaxşılaşdırılması və qarşılıqlı investisiya imkanları barədə fikir mübadiləsi aparılmışdır. Görüş çərçivəsində baş konsul Ayxan Süleymanlıya "Caspian Energy Club"ın fəxri üzvlük sertifikatı təqdim edilmişdir.

 Bundan əlavə, səfər çərçivəsində nümayəndə heyəti Aktau şəhərinin Situasiya Mərkəzini ziyarət etmişdir. Burada iştirakçılar şəhər infrastrukturunun idarə olunması, rəqəmsal həllərintətbiqi və fövqəladə halların operativ monitorinqi sahəsində həyata keçirilən yeniliklər barədə ətraflı məlumat almış, mərkəzin funksional imkanları və texnoloji təchizatı ilə yaxından tanış olmuşlar.

 Səfərin sonunda Mangistau vilayətinin akiminin müavini Abbat Urisbayev ilə rəsmi görüş keçirilmişdir. Görüş zamanı tərəflər arasında logistika, energetika, sənaye kooperasiyası və qarşılıqlı ticarət əlaqələrinin gələcək inkişaf istiqamətləri ətraflı şəkildə müzakirə olunmuşdur. Nümayəndə heyətinin üzvləri ziyarət etdikləri obyektlər barədə təəssüratlarını bölüşmüş, əksər şirkətlərin Aktau ilə artıq mövcud olan əməkdaşlıq təcrübəsinə sahib olduqlarını, bəzi hallarda isə fəaliyyətin yenidən bərpası və ya yeni əməkdaşlıq perspektivlərinin formalaşması mərhələsində olduqlarını qeyd etmişlər. Görüşdə həmçinin Ayxan Suleymanlı da iştirak etmişdir. Görüşün sonunda Abbat Urisbayevə "Caspian Energy Club"ın fəxri üzvlük sertifikatı təqdim edilmişdir.

 “Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq yeni və daha dinamik mərhələyə qədəm qoyur. Biz bu səfəri gələcək tərəfdaşlıqlar və regionlararası inteqrasiyanın inkişafı üçün əhəmiyyətli addım kimi qiymətləndiririk”, - deyə Telman Əliyev bildirib. Onun sözlərinə görə, bu səfər cari ildə keçiriləcək son beynəlxalq təmas deyil. Yaxın zamanda Mangistau vilayətindən sahibkarların Azərbaycana, Azərbaycanda fəaliyyət göstərən sahibkarların isə Mangistauya bir sıra səfərləri nəzərdə tutulur ki, bu da qurulmuş əlaqələrin davamı və yeni müqavilələrin bağlanması üçün əlverişli zəmin yaradacaq.

 

“Caspian Energy Holding” haqqında qısa məlumat

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatlar vahid ekosistem daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. Bu ekosistem üzərində “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:

• “Caspian Energy Club”

• “Caspian Energy Club International”

• “Caspian Energy Event Group”

• “Caspian Energy International Media Group”

• “Award Organizers Group”

• “Caspian Energy Research Group”

• “Caspian Energy Entertainment Group”

• “Caspian Energy Jobs”

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid ekosistem çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. Ekosistemə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

 

 

Входящее в состав AZCON Holding ЗАО "Азербайджанские железные дороги" (АЖД) со 2 по 5 июня принимает участие в международной выставке "Транспорт и Логистика – 2025" (Transport Logistic 2025).

На организованной в Мюнхене (Германия) престижной выставке мобильности АЖД представлена специальным стендом. Стенд дает подробную информацию о грузоперевозках АЖД по международным коридорам, осуществляемых в Карабахе и Восточном Зангезуре железнодорожных проектах и строительстве инфраструктуры, деятельности компании в области устойчивого развития, ее услугах, применяемых цифровых решениях и Бакинском порте.

В рамках выставки председатель АЖД Ровшан Рустамов встретился с руководителями ряда ведущих транспортных и логистических компаний.

Об этом сообщает «Caspian Energy Media» со ссылкой на «Азербайджанские железные дороги». 

Подробнее

 

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2-5 iyun tarixlərində “Nəqliyyat və Logistika – 2025’’ (Transport Logistic 2025) beynəlxalq sərgisində iştirak edir.

ADY Almaniyanın Münhen şəhərində təşkil olunmuş nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunur. Stenddə ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Limanı haqqında ətraflı məlumatlar təqdim olunur.

ADY sədri Rövşən Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Daha ətraflı

AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Nicat Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çin Xalq Respublikasının Lianyunqanq şəhərinin Kommersiya Bürosunun və “Liyanyunqanq İqtisadi və Texnoloji İnkişafı Zonası”nın İşçi Komitəsinin nümayəndələri ilə görüşüb.

Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücünə malik olduğu vurğulanıb.

Tərəflər həmçinin Azərbaycan və Ciansu əyaləti arasında əməkdaşlığı gücləndirmək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təşviq etmək məqsədilə görülə biləcək işləri müzakirə edib. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, “4iG Space and Defence Technologies Plc.” şirkətinin sədri Gellert Yasai ilə görüşüb.

Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafı, xüsusilə energetika sahəsində mövcud əlaqələr vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın əlverişli biznes mühiti qeyd edilib. “4iG Space and Defence Technologies Plc.” şirkətinin ölkəmizin inkişaf edən ekosistemində investisiya yatırmaqda maraqlı olduğu bildirilib.

Tərəflər ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi imkanları ətrafında fikir mübadiləsi aparıb. 

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Azərkosmos İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən beynəlxalq qrant müsabiqəsində qalib seçilib.

Tibb və astrofizikanın birləşməsi nəticəsində Azərkosmos kosmik tibb üzrə elmi-praktiki təlimdə sıfır cazibə-güvvəsi çəkisi altında tibb və tibbi təcrübənin öyrənilməsi üzrə nəzəri və praktiki kurs təqdim edib. Qeyd edək ki, müasir elm kosmik tibbi yalnız cazibə-güvvəsi şəraitində öyrənilir. Azərkosmos bu sahədə həyata keçirdiyi innovasiyalara görə Ərəb Körfəz Universiteti və İCESCO tərəfindən fəxri mükafatla təltif olunub.

Təlimdə mövzular arasında həmçinin peyk texnologiyaları və qabaqcıl həllər, kosmik tibb, mikroqravitasiya və qravitasiya, kosmosda cərrahiyə, əzələ və sümük toxumasının tənzimlənməsi, qan dövranı və digər tibbi aspektlər yer alıb. Bu barədə  "Caspian Energy Media" "Azərkosmos"a istinadən xəbər verir. 

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ