Thursday, 24 April 2025 10:58

Azərbaycanın turizm potensialı Mərkəzi Asiyanın aparıcı turizm tədbirində təbliğ olunur

Azərbaycanın turizm imkanları 23-25 aprel tarixlərində Almatı şəhərində Mərkəzi Asiya üzrə mühüm turizm tədbirlərindən olan Qazaxıstan Beynəlxalq Turizm Sərgisində (KITF-2025) nümayiş etdirilir.

Tədbirdə ölkəni Azərbaycan Turizm Bürosu ilə yanaşı, ümumilikdə 11 yerli sənaye tərəfdaşı, o cümlədən “Azərbaycan Hava Yolları” (AZAL) QSC və "Şahdağ" Turizm Mərkəzi təmsil edir.

Milli stenddə ziyarətçilərə Azərbaycanın turizm məhsulları və xidmətləri təqdim olunur, Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları tanıdılır, həmçinin "Konstitusiya və Suverenlik İli" çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilir.

Sərgi zamanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə ilə Qazaxıstan Respublikasının Mədəniyyət və idman nazirinin müavini Yerjan Yerkinbayev arasında görüş keçirilib. Görüşdə ikitərəfli münasibətlər və mümkün əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

 

 

Read 5 times Last modified on Tuesday, 29 April 2025 11:01

 

NEWS