Tuesday, 22 April 2025 10:48

Azərbaycanın dayanıqlı turizm təcrübələri beynəlxalq sammitdə təqdim olunub

Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər və strateji yanaşmalar Türkiyənin İstanbul şəhərində təşkil olunan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təqdim olunub.

21-23 aprel tarixlərində keçirilən sammitdə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu təmsil edib.

"Dayanıqlı gələcək üçün əbədi müdriklik" mövzusunda təşkil olunan tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və turizm üzrə ekspertlər tərəfindən qlobal turizmin gələcək inkişafında davamlılıq amilinin əsas istiqamət kimi rolu müzakirə olunub.

Tədbir çərçivəsində beynəlxalq tərəfdaşlarla keçirilən görüşlərdə ekoloji baxımdan məsuliyyətli turizm məhsullarının inkişafı, mədəni irsin qorunması və icma əsaslı turizm təşəbbüsləri barədə Azərbaycanın mövqeyi təqdim olunub. Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

 

Read 4 times Last modified on Tuesday, 29 April 2025 11:01

 

NEWS