Çərşənbə axşamı, 29 Aprel 2025 21:22

Leyla Əliyeva və Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) inzibati binasını ziyarət ediblər.

"Caspian Energy Media" xəbər verir ki, Leyla Əliyeva Türk dünyasının zəngin tarixinin və mədəniyyətinin dünyaya tanıdılması məqsədilə TMİF-nin atdığı addımları yüksək qiymətləndirib və həyata keçirilən layihə və tədbirlərdə gənclərin iştirakçılığının daha da artırılmasının vacibliyini vurğulayıb.

TMİF-nin muzeyində təqdim olunan ənənəvi sənətkarlıq nümunələri və türk xalqlarının maddi-mədəni irsini əks etdirən digər eksponatlarla tanış olan Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin müxtəlif türk musiqi və rəqs nümunələrindən ibarət mədəni proqramı izləyiblər.

Read 11 times