Среда, 11 Июнь 2025 16:32

Emin Əmrullayev Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib

Elm və təhsil naziri Emin Əmrullayev Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən Elm və Texnologiya Mübadiləsi üzrə 2-ci “Bir kəmər, Bir yol” konfransı çərçivəsində Elm, Texnologiya və İnnovasiya üzrə 2-ci “Bir kəmər, Bir yol” Nazirlər iclasında çıxış edib.

Elm və təhsil naziri çıxışında Azərbaycan Respublikası tərəfindən beynəlxalq elmi əməkdaşlıq və innovasiya yönümlü inkişafın təşviqi və bilik əsaslı iqtisadiyyatın qurulması istiqamətində görülən işlər və planlaşdırılan fəaliyyətlər barədə məlumat verib. 

Daha sonra iki ölkə arasında elm, təhsil və texnologiya sahələrində əməkdaşlığın Azərbaycan Respublikası üçün strateji prioritet olaraq müəyyənləşdiyini və Çin Xalq Respublikası ilə süni intellekt və təmiz enerji kimi yüksək əhəmiyyətli sahələrdə birgə tədqiqatların, texnologiya transferinin və insan kapitalı mübadiləsinin gücləndirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Bu barədə “Caspian Energy Media” Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir.

Read 3 times Last modified on Четверг, 12 Июнь 2025 11:34

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ