Четверг, 12 Июнь 2025 13:07

Azərbaycan və Fransa şirkəti alüminium sənayesi üzrə əməkdaşlığı müzakirə edib

Azərbaycan və Fransanın "IB2" şirkəti arasında alüminium sənayesi üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

“IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşdük. Təbii resurslardan səmərəli istifadənin, xammalın diversifikasiyasının və istehsalda dayanıqlı texnologiyaların tətbiqinin iqtisadiyyatda strateji əhəmiyyətini vurğuladıq, alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirdik”,- deyə o qeyd edib.

Read 14 times Last modified on Четверг, 12 Июнь 2025 11:16

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ