BMT Turizmin Avropa Regional Komissiyasının 5-6 iyun tarixlərində Bakıda keçirilən 71-ci iclasında Azərbaycan 2025-2029-cu illər üzrə təşkilatın İcraiyyə Şurasına üzv seçilib.
Avropa Regional Komissiyası üzrə İcraiyə Şurasının üzvlüyünə ayrılmış 5 yer üzrə 9 ölkə arasından Azərbaycanla yanaşı, Sloveniyanın, Fransanın, Xorvatiyanın və Yunanıstanın 2025-2029-cu illər üçün namizədlikləri təsdiq olunub.
Bu barədə “Caspian Energy Media” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.