Friday, 06 June 2025 10:44

Energetika nazirinin müavini “2025-Asiya Təmiz Enerji Forumu”nda iştirak edib

Filippin Respublikasının Manila şəhərində Asiya İnkişaf Bankının (AİB) təşkilatçılığı ilə “Gələcəyi gücləndirək: Təmiz enerji innovasiyaları, regional əməkdaşlıq və inteqrasiya, maliyyələşmə həlləri” mövzusunda keçirilən “2025-Asiya Təmiz Enerji Forumu”nda ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nazir müavini Forum çərçivəsində "Mərkəzi, Qərbi və Şərqi Asiya regionunun birgə gələcəyi üçün Yaşıl Dəhlizlər" mövzusunda təşkil edilən paneldə çıxış edib. Çıxışda Azərbaycanın bərpa olunan enerji sahəsində hədəfləri, yaşıl enerjinin ixracı məqsədilə reallaşdırılan regionlararası infrastruktur layihələri və bu kontekstdə Asiya ölkələri ilə mümkün əməkdaşlıq imkanları barədə məlumat verilib. Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində elan edilmiş enerji təşəbbüslərinin yaşıl keçidin sürətləndirilməsi və beynəlxalq tərəfdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

 

Read 16 times Last modified on Tuesday, 10 June 2025 10:46

 

NEWS