Friday, 02 May 2025 14:43

Azərbaycan və Bolqarıstan qaz sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirib

Azərbaycan Bolqarıstanın qazlaşdırılması məsələsini müzakirə edib.

“Caspian Energy Media” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu müzakirələr Türkiyədə P. Şahbazov və Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən səmərəli görüşdə aparılıb.

Iki ölkə arasında qaz tədarükü və tranziti üzrə əməkdaşlığın inkişafı perspektivləri, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişlər nəzərdən keçirilib.

Read 53 times Last modified on Friday, 02 May 2025 11:50

 

NEWS